ANA SƏHİFƏ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MAGİSTRATURA və DOKTORANTURA 1 MÜBADİLƏ PROQRAMMLARI 1 KONFRANSLAR 1 ƏLAQƏ 1

Bratislava Univeristetinin professoru Lukas Ribarın “XVI-XVII əsrlərdə Habsburqlar və Səfəvilərin diplomatik əlaqələri” mövzusunda onlayn elmi seminar keçirilib

01/06/2020

2020-ci il iyunun 1-də Slovakiya Respublikası Komenski adına Bratislava Univeristetinin professoru Lukas Ribarın “XVI-XVII əsrlərdə Habsburqlar və Səfəvilərin diplomatik əlaqələri” mövzusunda onlayn elmi seminar keçirilib

BDU-nun rektoru Elçin Babayev iştirakçıları salamlayaraq məruzəçi və onlayn elmi seminarın keçirilmə məqsədi və mövzunun əhəmiyyəti ilə bağlı məlumat verib.
Seminar zamanı Avropa, Azərbaycan və İranda apardığı elmi tədqiqatlar və əldə etdiyi mənbələr əsasında Avropa ilə Şərq ölkələri arasında diplomatik əlaqələrin xüsusiyyətləri, Azərbaycan Səfəvi dövlətinin Avropa ölkələri ilə qurduğu diplomatik əlaqələr, Habsburqların Səfəvilərə, Səfəvilərin isə Avropaya göndərdikləri elçiliklər, müttəfiqlik barədə faktların izahını əhatə edən təqdimatla çıxış edib. Avropa mənbələrində rast gəlinən bir sıra faktlar barədə - Səfəvilər dövlətinin adının müxtəlif adlarla, o cümlədən Qızılbaşlar adı ilə, hökmdarların adlarının Böyük Səfi yazılması və digər faktlar barədə məlumat verib, dövlətlərarası danışıqlara tez-tez dəyişən siyasi proseslərin təsir etdiyi, elçiliklərin səfərləri geniş izah edilib.
Məruzədən sonra dosent Azad Rzayevin moderatorluğu ilə davam edən seminarda Səfəvi tarixinə aid tədqiqatlar, mənbələrə fərqli yanaşmalar, Aropa dövlətlərinin Səfəvilərlə və Osmanlı ilə əlaqələrinin əsas xüsusiyyətləri barədə məsələlər müzakirə edilib.
Microsoft Teams platforması üzərindən keçirilən elmi seminar böyük marağa səbəb olub.

Bookmark and Share