ANA SƏHİFƏ 1 TARİXİMİZ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MUZEY 1 AMERİKAŞÜNASLIQ MƏRKƏZİ 1 FAYDALI LİNKLƏR 1 ƏLAQƏ 1 KONFRANSLAR 1

Magistrantların və gənc tədqiqatçıların elmi-praktik konfransı keçirilib

25/05/2017

24 may 2017-ci il tarixində BDU-nun Tarix fakültəsində “Əziz Əliyevin dövlət idarəçiliyinin təkmilləşdirilməsindəki rolu” mövzusunda magistrantların və gənc tədqiqatçıların elmi-praktik konfransı keçirilib.Konfransı Elm və innovasiyalar üzrə prorektor AMEA-nın müxbir üzvü, prof.A.H.Kazımzadə giriş sözü ilə açaraq Əziz Əliyevin ictimai-siyasi fəaliyyəti və onun dövlət idarəçiliyindəki rolu barədə danışmışdır.Sonra söz magistrantlara verilmişdir. 1.İbrahimova Ayşən Elşən qızı “Əziz Əliyev Qafqazın görkəmli ictimai-siyasi xadimidir” 2.Qasımlı Nurlan Fəxrəddin oğlu “Əziz Əliyevin Dağıstan rəhbərliyi dövrü” 3.Məmmədova Jalə Nazim qızı “Əziz Əliyevin siyasi portreti” və 4.Əliyeva Nigar Aydın qızı “Azərbaycanda multikulturalizm” mövzusunda məruzələrlə çıxış etdilər. Konfransın plenar iclasına fakültə dekanı dos.A.Ə.Rzayev yekun vurdu.Sonra konfrans işini “Vətən tarixi” və Ümumi tarix” üzrə bölmə iclaslarında elmi işlər üzrə dekan müavini prof.S.Y.Süleymanovanın sədrliyi və S.C.Heydərovanın katibliyi ilə davam etdirdi.

Bookmark and Share