ANA SƏHİFƏ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MAGİSTRATURA və DOKTORANTURA 1 MÜBADİLƏ PROQRAMMLARI 1 KONFRANSLAR 1 ƏLAQƏ 1

Lənkəran Dövlət Universitetində ilk “Novruz mühazirəsi” BDU-nun 100 illik yubileyinə həsr olunub

06/03/2019

Təhsil Nazirliyinin təşkilatçılığı ilə Lənkəran Dövlət Universitetində “Bakı Dövlət Universiteti-100: tarix və gələcəyin tandemi” mövzusunda ilk “Novruz mühazirəsi” keçirilib.

Tədbirdə təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, Lənkəran Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Möhübbət Babayev, Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən Natiq İbrahimov, universitetin professor-müəllim heyəti, rayonun təhsil müəssisələrinin rəhbərləri, təhsil ekspertləri və media nümayəndələri iştirak edib.

Əvvəlcə mühazirə iştirakçıları Lənkəran Dövlət Universitetinin 2 saylı tədris korpusunda yeni avadanlıqlarla təmin olunmuş kimya və biologiya laboratoriyaları, müəllimlər üçün qonaq evi, turizm tədris-təcrübə bazasına baş çəkib, həmçinin 160 yerlik tələbə yataqxanası və tədris korpusunun tikintisi ilə tanış olublar. Universitetin turizm tədris-təcrübə bazasının ərazisində BDU-nun 100 illik yubileyi münasibəti ilə 100 ağac əkilib.

Tədbir daha sonra Lənkəran Dövlət Universitetinin akt zalında davam edib. Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən Natiq İbrahimov tədbiri açaraq iştirakçıları salamlayıb. “Novruz mühazirələri”nin əhəmiyyətindən bəhc edən Natiq İbrahimov belə tədbirlərin davamlı olacağına əminliyini ifadə edib.

Tarix elmləri doktoru, professor Anar İsgəndərovun təqdimatında “Bakı Dövlət Universiteti-100: tarix və gələcəyin tandemi” adlı “Novruz mühazirəsi” dinlənilib. Mühazirəçi Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan Bakı Dövlət Universitetinin milli özünüdərkin inkişafındakı rolu, tarixi, inkişaf mərhələri barədə danışıb. Bildirib ki, Bakı Dövlət Universitetinin keçdiyi şərəfli yol Azərbaycanın elm tarixinin parlaq səhifəsidir.

Anar İsgəndərov vurğulayıb ki, 100 illik tarixi dovrundə BDU-nu 174500 tələbə bitirib, onların 4200-ə qədəri əcnəbilərdir. Bu, bir daha sübut edir ki, Azərbaycanda BDU məzununun işləmədiyi dövlət qurumu yoxdur. Anar İsgəndərov bu elm məbədinin mənəvi varislərindən olan Lənkəran Dövlət Universitetinin qarşısında duran prioritetlər barədə də danışıb.

Bookmark and Share