ANA SƏHİFƏ 1 TARİXİMİZ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MUZEY 1 AMERİKAŞÜNASLIQ MƏRKƏZİ 1 FAYDALI LİNKLƏR 1 ƏLAQƏ 1 KONFRANSLAR 1

“İkinci dünya müharibəsində azərbaycanlıların rolu” mövzusunda elmi konfrans keçirildi.

21/11/2016

21 noyabr 2016-cı il tarixində BDU-nun Tarix fakültəsinin akt zalında “İkinci dünya müharibəsində azərbaycanlıların rolu” mövzusunda elmi konfrans keçirildi. Konfransı giriş sözü ilə fakültənin dekanı dos.Azad Rzayev açdı. Azərbaycanlıların cəbhədə, xüsusilə partizan hərəkatında böyük rol oynadıqlarını, qəhrəmanlıqlar göstərdiklərini mötəbər faktlarla vurğulayan Azad müəllim sonra sözü tələbələrə verdi. Tələbələrdən Tural Fərzəliyev(I kurs), Toğrul Cəfərli( I kurs), Rüstəm Rüstəmov( II kurs), Elman Cəlilov( II kurs), Aysel Mirzəyeva( III kurs), Firuzə Əfəndiyeva( I kurs) bir-birindən maraqlı məruzələrlə çıxış etdilər. Konfransın yekununda dos. Atamoğlan Məmmədli də maraqlı faktlarla çıxış etdi. Konfrans tələbə və müəllimlər tərəfindən maraqla qarşılandı.

Bookmark and Share