ANA SƏHİFƏ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MAGİSTRATURA və DOKTORANTURA 1 MÜBADİLƏ PROQRAMMLARI 1 KONFRANSLAR 1 ƏLAQƏ 1

II dünya müharibəsinin başa çatmasının 75 illiyinə həsr olunmuş “Azərbaycan II Dünya müharibəsi illərində” mövzusunda Beynəlxalq Elmi konfrans

04/06/2020

BDU-da 2020-ci il iyunun 22-də II dünya müharibəsinin başa çatmasının 75 illiyinə həsr olunmuş “Azərbaycan II Dünya müharibəsi illərində” mövzusunda Beynəlxalq Elmi konfrans keçiriləcəkdir. Konfransa professor-müəllim heyəti, elmi işçilər, doktorant və dissertantlar dəvət edilir.

Mövzular:
• II dünya müharibəsinə müasir baxış: saxtalaşdırılan tarix və reallıqlar, mənbələr və tədqiqi problemləri
• Hərbi münaqişələr və milli maraqlar, müharibənin yaddaşı
• Azərbaycan müharibə aparan ölkələrin maraqlarında
• II dünya müharibəsi dövründə Azərbaycanın sosial-iqtisadi vəziyyəti
• Müharibənin qalibiyyətlə başa çatması üçün Azərbaycanın töhfələri (elm, texnika, humanitar, iqtisadi v.s.)
• Azərbaycanlılar II dünya müharibəsinin cəbhələrində: Sovet ordusu, partizanlar, milli legionlar, Avropada müqavimət hərəkatında iştirak
• II dünya müharibəsi və ideologiya (tarixin, mətbuat, incəsənət, din v.s. vətənpərvərlik ideologiyasının təbliğində rolu)
• Dünya xalqları II dünya müharibəsi illərində
• Dünyanın geosiyasi mənzərəsini dəyişən müharibələr: II dünya müharibəsinin nəticələri

Vacib tarixlər:
• Məqalə və ya tezslərin təqdim edilməsi üçün son tarix - 15 iyun 2020
• Konfransın tarixi – 22 iyun 2020

Əlaqə: Tarix fakültəsi, 012-538-22-93; 021-539-08-37 (saat 9.00-17.00) kamalanajafova@bsu.edu.az

Bookmark and Share