ANA SƏHİFƏ 1 TARİXİMİZ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MUZEY 1 AMERİKAŞÜNASLIQ MƏRKƏZİ 1 FAYDALI LİNKLƏR 1 ƏLAQƏ 1 KONFRANSLAR 1

“Hosting a CEU lecturer program” çərçivəsi

25/12/2010

CEU-nin (Mərkəzi Avropa Universiteti, Budapeşt) və Moskva Dövlət Universitetinin professoru tarix elmləri doktoru M.V.Dmitriyev “Hosting a CEU lecturer program” çərçivəsində 29-30 noyabr 2010-cu il tarixlərində BDU-nun Tarix fakultəsində mühazirələr oxumuşdur. Mühazirələr aşağıdakı mövzularda olmuşdur:

 

1.Особенности отношения к исламу на Руси, в Московском государстве и Российской империи.

29 noyabr 2010, saat 12.00

 

2.Связи религиозных традиций и национальных представлений (западное христианство, православие, нехристианские традиции)

30 noyabr 2010, saat 12.00

 

3.Особенности Византийско-православных религиозных традиций и роль в истории России, Восточной Европы и Евразии.

30 noyabr 2010, saat 15.00

Mühazirələrdə Tarix fakültəsinin tarix, tarix-müəllimi, Qafqazşünaslıq və Amerikaşünaslıq ixtisasları üzrə təhsil alan tələbələrilə yanaşı, fakültənin professor-müəllim heyətindən də maraqlananlar iştirak etmişlər. Mühazirələr çox böyük maraqla dinlənilmiş, sonra dinlənilən mövzular ətrafında geniş diskussiyalar aparılmışdır.

Qeyd edək ki, “Hosting a CEU lecturer program” Mərkəzi Avropa Universitetinin (CEU, Budapeşt) mobil qrant proqramıdır. Bu proqram Avropa və eləcə də, post-sovet məkanında fəaliyyət göstərən universitetlərin dəvəti ilə Mərkəzi Avropa Universiteti professorlarının mühazirələrinin təşkilini nəzərdə tutur. Dəvət edilən CEU professorunun bütün zəruri təminatı Mərkəzi Avropa Universiteti tərəfindən həyata keçirilir. Proqram hər il universitetlərin müraciəti ilə onlardan birinə şamil edilir. Cari ildə Bakı Dövlət Universiteti Tarix fakultəsinin dekanı prof.Sani Hacıyev və “Azərbaycanın qədim və orta əsrlər tarixi” kafedrasının baş müəllimi Lalə Əliyevanın təşəbbüsü ilə CEU-ya edilən müraciət müsbət dəyərləndirilmiş, ilk dəfə “Hosting a CEU lecturer program”ını universitetimiz qazanmışdır. Nəticədə Mərkəzi Avropa Universitetinin professoru M.V.Dmitriyev mühazirə oxumaq üçün Azərbaycana göndərildi. O, həmçinin Moskva Dövlət Universitetinin (MDU) professoru, tarix elmləri doktorudur. MDU və CEU-dan başqa Kanada və ABŞ-ın bir sira universitetlərində də mühazirələr oxumuşdur.

Bookmark and Share