ANA SƏHİFƏ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MAGİSTRATURA və DOKTORANTURA 1 MÜBADİLƏ PROQRAMMLARI 1 KONFRANSLAR 1 ƏLAQƏ 1

Hindistanda Azərbaycanlı alimin kitabının təqdimatı keçirilib.

19/02/2019

Bakı Dövlət Universtetinin professoru, tarix elmləri doktoru İsmayıl Məmmədov (İsmayıl bəy Zərdablı) fevralın 11-dən 14-dək Hindistanın Assan bölgəsinin paytaxtı Quvahati şəhərinin Quvahati Universitetində keçirilən beynəlxalq konfransda iştirak etmişdir. 2019-cu il Nəsimi ili olduğu üçün məruzəsində Nəsimi ilə bağlı məsələlərə də toxunmuşdur.

Onun məruzəsi "XV əsrdə Azərbaycan mədəniyyəti" adlanır. Konfransın ikinci günü professorun ABŞ-da nəşr olunmuş "Azərbaycanın etnik və siyasi tarixi" (ingilis dilində) adlı kitabının təqdimatı keçirilmişdir. Əsərdə qədimdən bugünə kimi Azərbaycanın etnik və siyasi tarixi təhlil olunmuşdur. Kitabda Azərbaycanın qədim tarixə və mədəniyyətə malik olması, eyni zamanda müasir tarixi haqqında da geniş məlumat verilmişdir.

Təqdimat vaxtı ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımlar, Xocalı soyqırımı, 20 Yanvar hadisələri barədə də konfrans iştirakçılarına məlumat verilmişdir. Təqdimat mərasimində Universitetin rektoru, departament rəhbəri, Hindstanın alimləri ilə bərabər Almaniya, Şotlandiya, Macarıstan, Rusiya, İran, Nepal, Banqladeş, Türkiyə, Koreya, Norveç və başqa ölkələrin alimləri də iştirak etmişdirlər. Təqdimatın sonunda müəllif çıxış etmiş, Universitetin rəhbərliyinə və iştirakçılarına təşəkkür etmişdir. Professor Universitetin kitabxanasına kitablar hədiyyə etmişdir.

Bookmark and Share