ANA SƏHİFƏ 1 TARİXİMİZ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MUZEY 1 AMERİKAŞÜNASLIQ MƏRKƏZİ 1 FAYDALI LİNKLƏR 1 ƏLAQƏ 1 KONFRANSLAR 1

Görkəmli tarixçi və şərqşünas alim akademik Ziya Bünyadovun anadan olmasını 90-ilik yubiley

30/05/2012

Tarix fakültəsinin təşkilatçılığı ilə görkəmli tarixçi və şərqşünas alim, əməkdar elm xadimi, akademik Ziya Bünyadovun anadan olmasının 90 illik yubileyinə həsr olunmuş "Ziya Bünyadov görkəmli Azərbaycan tarixçi və şərqşünas alimidir" mövzusunda ikigünlük Respublika elmi-praktiki konfrans keçirilib. BDU-nun rektoru, akademik Abel Məhərrəmov alimin heyat və fəaliyyətindən, onunla bağlı xatirələrindən əsasən də elmi yaradıcılığından danışıb. Qeyd edib ki, görkəmli alimin yaradıcılığı əsasən iki istiqamətdə inkşaf edib. Azərbaycan və onunla qonşu olan Yaxın Şərq ölkələrinin feodalizm dövründə sosial-iqtisadi münasibətləri tarixinin tədqiqi, orta əsr müəlliflərinin Azərbaycan, Yaxın və Orta Şərq xalqlarının tarixinə, elm və mədəniyyətinə dair əsərlərinin öyrənilməsi, şərhli tərcüməsi və nəşri onun yaradıcılığının əsasını təşkil edib. Rektor deyib ki, Ziya Bünyadovun xüsusi keyfiyyəti ondan ibarət olub ki, hərbçi, zabit, qəhrəman, döyüşçü keyfiyyətləri ilə yanaşı. həm də, ikinci dünya müharibəsi bitəndən sonra onda olan fitri istedad böyük elmə gətirib çıxarıb. İlahiyyət fakeltəsinin dekanı Vasim Məmmədəliyev "Akademik Ziya Bünyadovun həyat və yaradıcılığı " mövzusunda məruzə edib. Akademik Nailə Baxşəliyeva və digər natiqlər akademiklə bağlı xatirələrini bölüşüblər. Sonda Ziya Bünyadovun həyat yoldaşı Tahirə Bünyadova çıxış edərək konfransın təşkilatçılarına minnətdarlıq edib.

Bookmark and Share