Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində “1918-ci il – azərbaycanlıların soyqırımının 100 illiyi. Müasir dövrdə soyqırımı, hərbi təcavüz və etnik təmizləmə siyasəti” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və DTX-nın İctimai əlaqələr şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən konfransda Azərbaycan, Türkiyə, Amerika Birləşmiş Ştatları, İngiltərə, Fransa, Almaniya, İrlandiya, Gürcüstan, Rusiyadan olan alimlər iştirak edirlər. Konfrans iştirakçıları foto-sənədlər və Dövlət Komissiyası tərəfindən nəşr edilmiş kitablardan ibarət sərgiyə baxış keçiriliblər. İsmayıl Tanrıverdi, 1918-ci il 31 mart soyqırımı haqqında xarici tarixçilərin apardığı araşdırmalar haqqında diskussiyada fəal iştirak edərək onlara öz tövsiyələrini vermişdir.