ANA SƏHİFƏ 1 TARİXİMİZ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MUZEY 1 AMERİKAŞÜNASLIQ MƏRKƏZİ 1 FAYDALI LİNKLƏR 1 ƏLAQƏ 1 KONFRANSLAR 1

Elmin İnkişafı Fondu 3-cü “Şuşa qrantı”nı elan edib

06/01/2015

Müsabiqənin əsas prioriteti Qarabağ tədqiqatlarının, alban kilsələrinin və digər tarixi abidələrin, maddi və qeyri-maddi irsinin, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin, azərbaycanlılara qarşı soyqırımların, erməni diasporunun məkrli fəaliyyətinin və təcavüzlərinin, Xocalı soyqırımının araşdırılması və bu barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Dağlıq Qarabağ münaqişəsinin yaratdığı problemlərlə bağlı mədəni, ekoloji, tibbi, bioloji və aqrar məsələlərin, qaçqın və məcburi köçkünlərin hüquqlarının qorunmasının, sosial və tibbi problemlərinin və s. kompleks şəkildə elmi əsaslarla dərindən tədqiq olunmasıdır.

3-cü “Şuşa qrantı” müsabiqəsinin ümumi maliyələşdirilmə həcmi 300 000 manatdır. Müsabiqə çərçivəsində təqdim olunacaq layihələr kiçik (10 000 manatadək) və orta (10 000 – 100 000 manat) maliyə həcmli qrantlar şəklində maliyələşdiriləcək. Beynəlxalq əməkdaşlıq çərçivəsində təqdim olunan layihələrə seçim zamanı üstünlük veriləcək.

Müsabiqədə iştirak etmək üçün sənəd qəbulu 2015-ci il yanvarın 5-dən fevralın 13-ü saat 17.00-a kimi aparılacaq. 3-cü “Şuşa qrantı” müsabiqəsinin nəticələrinin 2015-ci ilin ikinci rübündə açıqlanması planlaşdırılır.

 

Bookmark and Share