ANA SƏHİFƏ 1 TARİXİMİZ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MUZEY 1 AMERİKAŞÜNASLIQ MƏRKƏZİ 1 FAYDALI LİNKLƏR 1 ƏLAQƏ 1 KONFRANSLAR 1

Elmi Şuranın genişləndirilmiş iclası keçirilib

06/05/2015

Bakı Dövlət Universitetində Elmi Şuranın genişləndirilmiş iclası keçirilib. İclası giris sözü ilə universitetin rektoru, akademik Abel Məhərrəmov açıb və gündəliyi elan edib. Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor, professor İradə Əliyeva yaz imtahan sessiyası və Yekun Dövlət Attestasiyasına hazırlıq barədə məruzə ilə çıxış edib. Professor İradə Əliyeva, eyni zamanda, Sankt-Peterburq Dövlət İqtisad Universitetində 100-dən çox universitet rektorunun qatıldığı Avrasiya Universitetlər Assosiasiyasının XIII qurultayı haqqında məlumat verib. Bildirib ki, həmin qurultayda Moskva Dövlət Universitetinin rektoru, akademik Viktor Antiniviç Sadovniçi BDU-nun rektoru, akademik Abel Məhərrəmovun M.V.Lomonosov adına MDU-nun Elmi Şurasının qərarı ilə bu ali məktəbin Fəxri professoru adına layiq görüldüyünu elan edib, müvafiq diplomu və medalı ona təqdim edib. BDU rektoru “Fundamental və tətbiqi elmlərin inkişafında böyük xidmətlərinə və Moskva Dövlət Universiteti ilə çoxillik səmərəli fəaliyyətinə görə” bu ada layiq görülüb. Qeyd edək ki, rektor Abel Məhərrəmov indiyədək Türkiyə, Rumıniya, Qazaxıstan, Ukrayna, Albaniya, Çin Xalq Respublikası, Yaponiya, Gürcüstan və digər ölkələrin universitet və akademiyalarının fəxri doktoru və professoru adına layiq görülüb. Elmi Şurada habelə BDU-nun Tədris Metodiki Şurasının sədri, akademik Vasif Babazadə Şuranın hesabatını təqdim edib. Elmi Şurada həmçinin elmi fəaliyyətində xidmətlərinə görə bir neçə müəllimə fəxri adlar verilib və cari məsələlər barədə müzakirələr aparılıb.

Bookmark and Share