ANA SƏHİFƏ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MAGİSTRATURA və DOKTORANTURA 1 MÜBADİLƏ PROQRAMMLARI 1 KONFRANSLAR 1 ƏLAQƏ 1

ELAN

16/08/2022

Sumqayıt Dövlət Universitetinin yaranmasının 60 illik yubileyinə həsr edilmiş respublika elmi konfransı

23 sentyabr 2022-ci il, Bakı Dövlət Universiteti

 

Bakı Dövlət Universitetində Tarix fakültəsinin təşkilatçılığı ilə Sumqayıt Dövlət Universitetinin yaranmasının  60 illik yubileyi münasibətilə respublika elmi konfransı keçiriləcəkdir.

Professor-müəllim heyəti, elmi işçilər, magistrant, doktorant, dissertant və tələbələr konfransa tezislərini təqdim edə bilərlər.

Mühüm tarixlər:
Tezislərin göndərilməsi üçün son tarix           – 15 sentyabr 2022
Konfransın keçirilmə tarixi                            – 23 sentyabr 2022

Mövzular:

-        Azərbaycanda maarifçilik hərəkatı

-        Azərbaycanda ali təhsilin tarixi

-        Müasir təhsil çağırışları

-        Təhsilin idarə olunması, monitorinqi, beynəlxalq modelləri

-        Tədrisin təşkili və müasir texnologiyalar

-        Müasir universitet elm və təhsilin vəhdəti kimi

-        Təhsilin fəlsəfəsi

-        Tarix elminin aktual problemləri

 

Tezisin tərtibi qaydaları:

Tezislər Azərbaycan, rus və ingilis dillərində qəbul edilir.

Başlığın hamısı böyük hərflərlə tünd rəngdə (Bold) mərkəzdə yazılmalıdır;

Başlığının altında mərkəzdə müəllifin və rəyçinin adı, soyadı   tünd rəngdə (Bold), fakültəsi, akademik və elektron poçt ünvanı göstərilməlidir;

Ədəbiyyat və internet resursları məqalənin sonunda verilir. Mətndə istinadlar məzmundan asılı olaraq kodlaşma sistemi ilə verilə bilər. Məsələn, [1, səh. 8].

Mətn ölçüləri: Times New Roman, ölçü 12, interval 1;

Həcm:            1-2  səhifə  (500 söz);

Açar sözlər:    Azərbaycan, rus və ingilis dillərində

 

Ünvan: AZ1148, Azərbaycan Respublikası, Bakı şəhəri, Z.Xəlilov küçəsi, 23

Bakı Dövlət Universiteti, Tarix fakültəsi: III korpus, 921-ci otaq

[email protected]

Əlaqə: 012-538-22-93

Hörmətlə, Təşkilat Komitəsi

Bookmark and Share