ANA SƏHİFƏ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MAGİSTRATURA və DOKTORANTURA 1 MÜBADİLƏ PROQRAMMLARI 1 KONFRANSLAR 1 ƏLAQƏ 1

ELAN

15/08/2022

Bakı Dövlət Universitetində Tarix fakültəsinin təşkilatçılığı ilə görkəmli arxeoloq-alim Məmmədəli Hüseynovun 100 illik yubileyi münasibətilə bu sahədə mühüm elmi nəticələri müzakirə etmək məqsədi ilə “Azıx mağarası - Homo nəslinin beşiyidir: Məmmədəli Hüseynovun tədqiqatları” mövzusunda Beynəlxalq elmi konfrans keçiriləcəkdir.

Professor-müəllim heyəti, elmi işçilər, magistrant, doktorant, dissertant və tələbələr konfransa tezislərini təqdim edə bilərlər.

Mühüm tarixlər:

Tezislərin göndərilməsi üçün son tarix  – 5 oktyabr 2022

Konfransın keçirilmə tarixi     – əlavə məlumat veriləcəkdir.

 

Mövzular:

- Professor Məmmədəli Hüseynovun elmi irsi

- Daş dövrü arxeologiyası

- Qafqazın paleoantropologiyası

- Geoarxeologiya

- Azərbaycan tarixinin nəzəri məsələləri

- İşğaldan azad edilən ərazilərin tarixi maddi-mədəniyyət abidələri və onların bərpası məsələsi

Tezisin tərtibi qaydaları:

Tezislər Azərbaycan, rus və ingilis dillərində qəbul edilir.

Başlığın hamısı böyük hərflərlə tünd rəngdə (Bold) mərkəzdə yazılmalıdır;

Başlığının altında mərkəzdə müəllifin və rəyçinin adı, soyadı   tünd rəngdə (Bold), fakültəsi, akademik və elektron poçt ünvanı göstərilməlidir;

Ədəbiyyat və internet resursları məqalənin sonunda verilir. Mətndə istinadlar məzmundan asılı olaraq kodlaşma sistemi ilə verilə bilər. Məsələn, [1, səh. 8].

Mətn ölçüləri:              Times New Roman, ölçü 12, interval 1;

Həcm:                         1-2  səhifə  (500 söz);

Açar sözlər:                 Azərbaycan, rus və ingilis dillərində

Ünvan: AZ1148, Azərbaycan Respublikası, Bakı şəhəri, Z.Xəlilov küçəsi, 23

Bakı Dövlət Universiteti, Tarix fakültəsi: III korpus, 921-ci otaq

master_tarix@bsu.edu.az

Əlaqə: 012-538-22-93

 

Hörmətlə, Təşkilat Komitəsi

Bookmark and Share