Bakı Dövlət Universitetinin Tarix fakültəsinin təşkilatçılığı ilə II dünya müharibəsinin başa çatmasının 75 illiyinə həsr olunmuş ““Faşizm üzərində qələbədə Azərbaycanın yeri və rolu” mövzusunda Beynəlxalq Elmi konfrans keçiriləcəkdir. Konfransa professor-müəllim heyəti, elmi işçilər, doktorant və dissertantlar dəvət edilir.
Vacib tarixlər:
• Məqalə və ya tezslərin təqdim edilməsi üçün son tarix - 20 iyun 2020
• Konfransın tarixi – 22 iyun 2020
Mövzular:
• II dünya müharibəsinə müasir baxış: saxtalaşdırılan tarix və reallıqlar, mənbələr və tədqiqi problemləri
• Hərbi münaqişələr və milli maraqlar, müharibənin yaddaşı
• Azərbaycan müharibə aparan ölkələrin maraqlarında
• II dünya müharibəsi dövründə Azərbaycanın sosial-iqtisadi vəziyyəti
• Müharibənin qalibiyyətlə başa çatması üçün Azərbaycanın töhfələri (elm, texnika, humanitar, iqtisadi v.s.)
• Azərbaycanlılar II dünya müharibəsinin cəbhələrində: Sovet ordusu, partizanlar, milli legionlar, Avropada müqavimət hərəkatında iştirak
• II dünya müharibəsi və ideologiya (tarixin, mətbuat, incəsənət, din v.s. vətənpərvərlik ideologiyasının təbliğində rolu)
• Dünya xalqları II dünya müharibəsi illərində
• Dünyanın geosiyasi mənzərəsini dəyişən müharibələr: II dünya müharibəsinin nəticələri