II dünya müharibəsinin başa çatmasının 75 illiyinə həsr olunmuş “Azərbaycan II Dünya müharibəsi illərində” mövzusunda fakültə Elmi konfransı.
BDU-da 2020-ci il iyunun 22-də II dünya müharibəsinin başa çatmasının 75 illiyinə həsr olunmuş “Azərbaycan II Dünya müharibəsi illərində” mövzusunda fakültə elmi konfransı keçiriləcəkdir. Konfransa Tarix fakültəsinin professor-müəllimləri, elmi işçiləri, doktorant və dissertantları dəvət edilir.
Mövzular:
• II dünya müharibəsinə müasir baxış: saxtalaşdırılan tarix və reallıqlar, mənbələr və tədqiqi problemləri
• Hərbi münaqişələr və milli maraqlar, müharibənin yaddaşı • Azərbaycan müharibə aparan ölkələrin maraqlarında
• II dünya müharibəsi dövründə Azərbaycanın sosial-iqtisadi vəziyyəti • Müharibənin qalibiyyətlə başa çatması üçün Azərbaycanın töhfələri (elm, texnika, humanitar, iqtisadi v.s.)
• Azərbaycanlılar II dünya müharibəsinin cəbhələrində: Sovet ordusu, partizanlar, milli legionlar, Avropada müqavimət hərəkatında iştirak
• II dünya müharibəsi və ideologiya (tarixin, mətbuat, incəsənət, din v.s. vətənpərvərlik ideologiyasının təbliğində rolu)
• Dünya xalqları II dünya müharibəsi illərində • Dünyanın geosiyasi mənzərəsini dəyişən müharibələr: II dünya müharibəsinin nəticələri
Vacib tarixlər:
• Məqalələrin təqdim edilməsi üçün son tarix (məqalələr kamalanajafova@bsu.edu.az ünvanına göndərilməlidir) – 15 may 2020
• Proqramın elanı: – 1 iyun 2020 • Konfransın tarixi – 22 iyun 2020
Konfransa qəbul edilmiş məqalələr Tarix və onun problemləri jurnalında müəlliflərin öz hesabına nəşr ediləcəkdir. Məqalələr konfransa göndərilərkən jurnalın tələblərinə uyğun tərtib edilməlidir.
Əlaqə: Tarix fakültəsi, 012-538-22-93; 021-539-08-37 (saat 9.00-17.00) kamalanajafova@bsu.edu.az