ANA SƏHİFƏ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MAGİSTRATURA və DOKTORANTURA 1 MÜBADİLƏ PROQRAMMLARI 1 KONFRANSLAR 1 ƏLAQƏ 1

ELAN

01/04/2022

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-ci  ildönümünə həsr olunmuş

“Heydər Əliyev - Azərbaycanı tənəzzüldən tərəqiyyə aparan dahi şəxsiyyət” mövzusunda respublika elmi konfransı

10-11 may  2022-ci il, BDU

Bakı Dövlət Universitetinin Tarix fakültəsinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-ci ildönümünə həsr edilmiş 2022-ci il mayın 10 və 11-də “Heydər Əliyev- Azərbaycanı tənəzzüldən tərəqqiyə aparan dahi şəxsiyyət” mövzusunda respublika elmi konfransı keçiriləcəkdir.

Professor-müəllim heyəti, elmi işçilər, magistrant, doktorant, dissertant və tələbələr konfransa tezislərini təqdim edə bilərlər.

Konfransın onlayn formatda Micrasoft Teams platforması üzərindən keçirilməsi nəzərdə tutulur.

Mühüm tarixlər:
Konfransın elanı                                        – 1 aprel 2022
Tezislərin göndərilməsi üçün son tarix – 25 aprel 2022
Konfransın keçirilmə tarixi                                    – 10-11 may 2022

Mövzular:

-       Ümummilli lider Heydər Əliyevin tarixi şəxsiyyət kimi siyasi portreti

-       Heydər Əliyevin dövlət strategiyası: daxili və xarici siyasət

-       Heydər Əliyevin dövlət quruculuğu siyasəti tarixi aspektdə

-       Heydər Əliyevin ordu quruculuğu strategiyasının Vətən müharibəsində qazanılan qələbədə rolu

-       Heydər Əliyev və Azərbaycanın dövlətçilik tarixi

-       Heydər Əliyev Müstəqil Azərbaycan Respublikasının  xilaskarı və qurucusudur

-       Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Heydər Əliyev kursunun layiqli davamçısıdır

-       44 günlük Vətən müharibəsi və onun Azərbaycan tarixində yeri və rolu

-       Tarix elminin aktual problemləri

Tezisin tərtibi qaydaları:

-     Mətn ölçüləri: Times New Roman, ölçü 12, interval 1.

-     Mövzu və müəllif barədə məlumatlar mərkəzdə yazılır: başlığın hamısı böyük hərflərlə (Bold), müəllifin adı, soyadı tünd rəngdə (Bold), aid olduğu qurum, alimlik dərəcəsi, elmi adı və elektron poçt ünvanı göstərilməlidir.

-     Açar sözlər: məruzənin adına və məzmununa uyğun iki dildə 5-6 əsas anlayış.

-     Mətn ən az 1500, ən çox 2000 söz (ədəbiyyat siyahısı daxil olmadan) həcmində olmalıdır. Tezisdə mövzu üzrə əsas ideyalar, aktuallığı, elmi əhəmiyyəti, əldə olunan yeniliklər və nəticələr yığcam əhatə edilməlidir.

-     Tezisə əlavə kimi verilən cədvəl və şəkillər cədvəl 1, cədvəl 2; şəkil 1, şəkil 2 kimi ardıcıllıqla sıralanmalı və ad verilməlidir. Məsələn, Cədvəl 1. Azərbaycan Respublikasının əhalisi (1999-cu il siyahıyaalmasına əsasən)

-     Tezisdə cədvəl və sitatlar ümumi həcminin yalnız 25%-ni əhatə edə bilər. Yerdə qalan hissə yeni fikir və araşdırma olmalıdır.

-     İstifadə edilən bütün ədəbiyyat və internet resursları sonda əlifba sırası ilə düzülməlidir və mətndə istinadlar verilməlidir.

-     İstifadə edilən ədəbiyyatların müəllifi, adı, nəşr ili və yeri, ümumi səhifəsi dəqiq göstərilməlidir.

-     İnternet resursları göstərilərkən, əvvəlcə istinad olunan əsərin və ya məlumatın müəllifi, məqalənin ya məlumatın başlığı, hiperiqtibas və istinad tarixi yazılmalıdır.

-     Tezislər tam redaktə olunduqdan sonra təqdim edilməlidir.

Ünvan: AZ1148, Azərbaycan Respublikası, Bakı şəhəri, Z.Xəlilov küçəsi, 23, Bakı Dövlət Universiteti, Tarix fakültəsi: III korpus, 921-ci otaq

Tezsilər aprel ayının 25-dək [email protected] e-mail ünvanına göndərilməlidir.

Əlaqə: 012-538-22-93

Hörmətlə, Təşkilat Komitəsi

Bookmark and Share