ANA SƏHİFƏ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MAGİSTRATURA və DOKTORANTURA 1 MÜBADİLƏ PROQRAMMLARI 1 KONFRANSLAR 1 ƏLAQƏ 1

“Müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisidir” mövzusunda ümumuniversitet onlayn elmi konfransı keçiriləcək.

26/05/2020

2020-ci il mayın 31-də Bakı Dövlət Universitetində Tarix və Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültələrinin birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 102-ci ildönümünə həsr edilmiş “Müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisidir” mövzusunda ümumuniversitet onlayn elmi konfransı keçiriləcək.

Konfransın proqramı:

Giriş sözü:

Elçin Babayev (Bakı Dövlət Universitetinin rektoru)

Məruzələr:

Azərbaycan Xalq Cümhuriyyətinin Vətən tarixində yeri

Anar İsgəndərov (Milli Məclisin deputatı,

Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının müdiri, professor)

Əlimərdan bəy Topçubaşov Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri kimi

Afət Səfərova (Diplomatiya və müasir inteqrasiya prosesləri kafedrasının dosenti)

Azərbaycan Xalq Cümhuriyyətinin elm və təhsil siyasəti tarixi varislik kontekstində

Kəmalə Nəcəfova (Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrasının dosenti)

Yeni siyasi sistemin struktur elementlərinin təşəkkül tapması və ictimai siyasi institutlaşma prosesinin əsaslarının yaradılması

Nazim İbadov (Politologiya və sosiologiya kafedrasının dosenti)

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının I Dünya müharibəsinin gedişinə təsiri

Rövşən Hətəmov (Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasının dosenti)

Azərbaycan diplomatiyası - tarix və müasirlik Qurban Məmmədov (Beynəlxalq münasibətlər kafedrasının dosent əvəzi)

MÖVZUSUNDA VİRTUAL ELMİ KONFRANSI keçiriləcəkdir.

Elmi konfrans Microsoft Teams platforması üzərindən onlayn formatda olmaqla saat 12:00-da başlayacaqdır.

Konfrans 31 may 2020-ci il tarixində saat 12.00-da Microsoft Teams platforması üzərindən baş tutacaq.

Dinləyici kimi qoşulmaq istəyənlər bextiyar030@hotmail.com ünvanına müraciət edə bilərlər.

Bookmark and Share