BDU-nun Tarix fakültəsinin təşkilatçılığı ilə 11 iyun 2020-ci il tarixində 15 iyun - Milli Qurtuluş gününə həsr olunmuş “Heydər Əliyev Müasir Azərbaycanın qurucusudur” mövzusunda Respublika virtual elmi konfransı keçiriləcəkdir.
Elmi konfrans Microsoft Teams platforması üzərindən onlayn formatda olmaqla saat 12:00-da başlayacaqdır.
Virtual elmi konfransda iştirak etmək istəyən şəxslərin 10 iyun 2020-ci il saat 17:00-dək bextiyar030@hotmail.com ünvanına müraciət etməsi xahiş olunur.