ANA SƏHİFƏ 1 TARİXİMİZ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MUZEY 1 AMERİKAŞÜNASLIQ MƏRKƏZİ 1 FAYDALI LİNKLƏR 1 ƏLAQƏ 1 KONFRANSLAR 1

Dünya azərbaycanlıları: tarixi demoqrafiya elmi-tədqiqat laboratoriyasında elmi seminar keçirilmişdir

25/04/2016

2016-cı il aprel ayının 25-də BDU-nun Tarix fakültəsinin “Dünya azərbaycanlıları: tarixi demoqrafiya” elmi-tədqiqat laboratoriyasında “XX əsrdə Şimal-Qərbi Azərbaycanda inzibati-ərazi dəyişiklikləri” mövzusunda Elmi seminar keçirilmişdir. Seminarda BDU-nun Elmi hissəsinin müdiri dosent İzzət Əfəndiyeva, Tarix fakültəsinin Elmi işlər, doktorantura və magistratura üzrə dekan müavini professor Sevda Süleymanova, Azərbaycan tarixi (təbiət fakültələri üzrə) kafedrasının müdiri dosent Mehman Abdullayev, kafedranın müəllimi t.f.d.Arzu Məmmədova, laboratoriyanın əməkdaşları aparıcı elmi işçilər t.f.d.Gülzar Novruzova, t.f.d.Şəfayət Fərəcov, böyük elmi işçilər t.f.d.Hikmət Əhmədov, t.f.d.Səidə Quliyeva, Ulduz Paşayeva, kiçik elmi işçi Leyla Vaqif qızı və laborant Səidə Nəbiyeva iştirak etmişlər. Elmi seminara başlamazdan əvvəl Vətən uğrunda döyüşlərdə şəhid olanların ruhu bir dəqiqəlik sükutla yad edilmişdir. Dosent Mehman Abdullayevin sədrliyi ilə keçirilən Elmi seminarda Zaqatala dairəsi, Zaqatala rayonu, Nuxa qəzası, Şəki, Oğuz və Qəbələ rayonlarının inzibati-ərazi dəyişiklikləri barədə məruzələr dinlənilmişdir. Sonda mövzunun dövlətçilik və Azərbaycan tarixi üçün əhəmiyyəti, Rusiya imperiyasının işğalçılıq siyasətinin inzibati-ərazi dəyişikliklərində əks olunması, yer adlarının mənbələrdə əksi və digər mövzular ətrafında müzakirələr aparılmışdır.


Bookmark and Share