ANA SƏHİFƏ 1 TARİXİMİZ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MUZEY 1 AMERİKAŞÜNASLIQ MƏRKƏZİ 1 FAYDALI LİNKLƏR 1 ƏLAQƏ 1 KONFRANSLAR 1

Slovakiyanın Bratislava Universitetinin professoru Tarix fakültəsində

17/10/2017

Tarix fakültəsinin "Azərbaycan tarixi (Humanitar fənlər üçün)" kafedrasının növbəti iclası keçirilib. Cari məsələlərin müzakirəsindən sonra çıxış edən dekan, dosent Azad Rzayev fakültəyə ezam olunan Slovakiyanın Bratislava Universitetinin professoru Lukaş Rybar barədə məlumat verib. Məlum olub ki, professor artıq bir neçə həftədir ki, Bakı Dövlət Universitetinin Tarix fakültəsində ezamiyyətdədir. "Krım tatarları və Azərbaycan" mövzusunda materiallarla tanış olmaq məqsədilə Tarix fakültəsi ilə yanaşı BDU kitabxanası və M. F.Axundov adına kitabxanada da olub. Qonaq Tarix fakültəsində olmağından məmnunluğunu ifadə edərək mövzu ilə bağlı məlumat verib, araşdırma işi ilə əlaqədar planları barədə danışıb.

 

Bookmark and Share