ANA SƏHİFƏ 1 TARİXİMİZ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MUZEY 1 AMERİKAŞÜNASLIQ MƏRKƏZİ 1 FAYDALI LİNKLƏR 1 ƏLAQƏ 1 KONFRANSLAR 1

Tarix fakültəsində birincilərlə görüş

13/09/2017

Tarix fakültəsində birincilərlə görüş keçirilib Yeni tədris ili ərəfəsində Tarix fakültəsində I kurs tələbələri və onların valideynləri ilə görüş keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib. Dekan dosent Azad Rzayev tədbir iştirakçılarını yeni tədris ili münasibətilə təbrik edib və Bakı Dövlət Universiteti barədə ətraflı məlumat verib.

Daha sonra Tarix fakültəsinə həsr olunmuş video-çarx nümayiş etdirilib. Dekan müavini dosent Bəxtiyar Nəbiyev tələbələrin qrup və dərs cədvəllərini elan etdikdən sonra tələbələrin və valideynlərin çoxsaylı sualları cavablandırılıb. Sonda valideynlər tələbələr üçün yaradılan yüksək şəraitə görə universitet rəhbərliyinə təşəkkür ediblər.

Bookmark and Share