ANA SƏHİFƏ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MUZEY 1 MÜBADİLƏ PROQRAMMLARI 1 KONFRANSLAR 1 ƏLAQƏ 1

BDU–nunalimləri Türkiyədə XVIII Türk Tarixi Konqresində çıxış ediblər

11/10/2018

01-05 oktyabr 2018-ci il tarixində Türkiyə Cümhuriyyətinin Ankara şəhərində cənab prezident Rəcəb Tayyib Ərdoganın himayəsində Mədəniyyət və Turizm Nazirliyinin, Atatürk Mədəniyyət, Dil və Tarix Qurumunun dəstəyilə Türk Tarix Qurumu tərəfindən sayca VIII Türk Tarix Kongresi təşkil olunmuşdur.

Qeyd edək ki, Türkiyə Cümhuriyyətinin qurucusu Atatürkün dəstəyilə ilki 1932-ci ildə təşkil olunmuş və 4 ildən bir ənənəvi keçirilən Türk Tarix Konqresi Türkiyənin tarix elmində ən nüfuzlu elmi konfrans hesab olunur.

Türkiyə Cümhuriyyətinin qurucusu Atatürkün dəstəyilə ilki 1932-ci ildə təşkil olunmuş və 4 ildən bir ənənəvi keçirilən Türk Tarix Kongresi Türkiyənin tarix elmində ən nüfuzlu elmi konfransdır. Dünyanın müxtəlif ölkələrindən 800 tarixçi araşdırmaçının məruzə etdiyi Kongresdə Bakı Dövlət Universitetinin Tarix fakültəsini dörd alim təmsil etmişdir: Asiya və Afrika ölkələri tarixi kafedrasının professoru Sani Hacıyev, Azərbaycan tarixi (təbiət fakültələri üzrə) kafedrasının professoru Sevda Süleymanova, həmin kafedranın dosenti Arzu Məmmədova və Qədim dünya və orta əsrlər tarixi kafedrasının dosenti Elvira Lətifova.

Konqresin ilk günü professor Sani Hacıyev “Ermənilərin Osmanlı inperiyasında hüquqi və sosial statusuna dair”, dosent Arzu Məmmədova isə “Erkən orta əsrlərdə Cənubi Qafqazın türk toplumu: Cənubi Qafqazın erkən orta əsr tarixinə yeni bir baxış” mövzusunda məruzələrlə çıxış etmişlər. Konqresin 3-cü günündə dosent Elvira Lətifova “XIX yüzillikdə Rusiya istilasına qarşı Qafqaz xalqlarının azadlıq mübarizəsi: 1844-cü il İlisu üsyanı nümunəsində” adlı məruzə ilə çıxış etmişdir. Konqresin 4-cü günü isə Azərbaycan tarixi (təbiət fakültələri üzrə) kafedrasının professoru Sevda Süleymanova “Əli bəy Hüseynzadənin türkçülük ideyaları” mövzusunda məruzə ilə çıxış etmişdir. Tarix fakültəsinin nümayəndələri konqresin bir çox seksiya iclaslarındakı dinləmələrdə fəal iştirak etmiş, elmi müzakirələrə qatılmışlar.

Beş gün davam edən konqres işgüzar və səmərəli şəraitdə keçmiş, iştirakçılar böyük təəssürat və yeni elmi nailiyyətlərlə geri dönmüşlər.

Bookmark and Share