ANA SƏHİFƏ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MAGİSTRATURA və DOKTORANTURA 1 MÜBADİLƏ PROQRAMMLARI 1 KONFRANSLAR 1 ƏLAQƏ 1

BDU-nun vəTarix fakültəsinin 100 illik yubileyinə həsr olunmuş “Türk dünyası günü” adlı ədəbi-bədii tədbir keçirilib

17/05/2019

2019-cu il may ayının 17-də Tarix fakültəsində Türk xalqları tarixi kafedrasının və BDU SABAH qruplarının təşkilatçılığı ilə Bakı Dövlət Universitetinin və Tarix fakültəsinin 100 illik yubileyinə həsr olunmuş “Türk dünyası günü” adlı ədəbi-bədii tədbir keçirilib. Tədbir BDU-nun SABAH qrupları, Tarix, Hüquq, Filologiya, Şərqşünaslıq və Jurnalistika fakültələri tələbələrinin, Azərbaycan Milli Konservatoriyası, həmçinin Azərbaycan Memarlıq və İnşaat Universiteti tələbələrinin tərəfindən təqdim edilib.

Tədbirdə Azərbaycan Respublikası Təhsil Nazirliyi SABAH qruplarının Tədris işləri üzrə rəhbəri Eldar Qocayev; Özbəkistan Respublikasının Azərbaycandakı səfirliyinin konsulu; rus və Azərbaycan kinorejissoru, ssenarist və prodüsser, “Avrasiya-film” kinokompaniyasının baş prodüsseri Oleq Mirzaqayeviç Safaraliyev; Azərbaycan Respublikasının xalq artisti, Prezident təqaüdçüsü, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aparıcı səhnə ustası Ramiz Novruz; Milli geyimlər üzrə mütəxəssis Səbinə Qəhrəmanlı;Lalə Novruzova; M.Ə.Sabir fondunun təsisçisi və prezidenti SABAH qruplarının müəllimi, BDU-nun Biologiya fakültəsinin dosenti Sevda xanım Tahirli;Filologiya fakültəsinin Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının müdiri professor Səhər xanım Orucova iştirak ediblər.

Tədbiri açıq elan edən Türk xalqları tarixi kafedrasının dosenti Sevinc Ruintən tədbirin keçirilməsi ideyasının BDU-nun SABAH qruplarında “Türk xalqları tarixi” fənninin tədrisi prosesində meydana çıxması, tədbirin təşkilatçılarının da məhz “Türk xalqları tarixi” kafedrası və BDU SABAH Mərkəzi olduğunu bildirib; tədbirin keçirilməsində yardımı olmuş hər kəsə təşəkkür edib. Bundan sonra BDU tələbələrindən birinin valideynindən Universitetin ünvanına daxil olmuş bir məktubun olduğunu bildirib və məktubu oxumaq üçün sözü tədbirin aparıcısı Hüquq fakültəsinin I kurs tələbəsi Aişə Əzizliyə verib. Aişə Əzizli “Bakı Dövlət Universitetinin müəllimlərinə” sözləri ilə başlayan həmin məktubu (Mirzə Ələkbər Sabirin “Oxutmuram, əl çəkin” şeirini) oxuyub.

Daha sonra tədbirdə Jurnalistika fakültəsinin hazırlıq qrupu və Azərbaycan Milli Konservatoriyası tələbələrinin (Mehdi Taştan, Əli Hüseynov, Bəhram Məmmədli, Ülfət Əkbərov, Fuad Həsənov) ifasında “Ana yurd marşı”, xalq mahnısı “Ay qız”; Tarix və Hüquq fakültələri tələbələrinin ifasında Səməd Vurğunun “Azərbaycan” (Aişə Əzizli), Məmməd Arazın “Azərbaycan, dünyam mənim” (Simarə Məmmədli), Xəlil Rza Ulutürkün “Nə yaxşı” (Aişə Əzizli)şeirləri səsləndirilib.Tədbirdə həmçinin Tarix fakültəsinin tələbəsi İbrahim Cəbrayılov müəllifi olduğu “Divardakı saat” şeirini oxuyub. Türkiyənin Yaxın Doğu Universitetinin Memarlıq fakültəsinin əməkdaşı Həbibə Hüseynova String Art sənəti haqqında məlumat verib, özünə aid əl işlərini nümayiş etdirib.

Daha sonra BDU SABAH qrupları (Fatimə Carullazadə, Simarə Məmmədli, Şəhriyar Ağazadə),Tarix (İbrahim Cəbrayılov, Murad Əsəd), Şərqşünaslıq (Samir Hacıyev) və Jurnalistika (Mehdi Taştan)fakültələri tələbələrinin iştirakı ilə Nejdet Sevincin “Duruşmalar” adlı əsərinin əsasında hazırlanmış “Tarixlə üz-üzə” tamaşası təqdim edilib. Tədbir “Yaşa mənim xalqım” mahnısının ifası ilə yekunlaşıb.

Sonda tədbirlə bağlı fikirlərini bölüşmək üçün Tarix fakültəsinin dekanı dosent Azad Rzayevə, Türk xalqları tarixi kafedrasının müdiri professor Əsməd xanım Muxtarovaya; Azərbaycan Respublikası Təhsil Nazirliyi SABAH qruplarının Tədris işləri üzrə rəhbəri Eldar Qocayevə;Azərbaycan Respublikasının xalq artisti, Prezident təqaüdçüsü, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aparıcı səhnə ustası Ramiz Novruza və M.Ə.Sabir fondunun təsisçisi və prezidenti SABAH qrupları müəllimi, BDU-nun Biologiya fakültəsinin dosenti Sevda xanım Tahirliyə söz verilib. Təşkilatçılar və qonaqların çıxışından sonra, tədbir iştirakçıları “BDU-nun və Tarix fakültəsinin 100 illik yubileyinə həsr olunmuş “Türk dünyası günü” adlı ədəbi-bədiitədbirdə fəal iştirakına görə” təşəkkürnamə ilə təltif ediliblər.Tədbir iştirakçıların və qonaqların birgə şəkil çəkdirməsi, BDU-nun həyətində havaya 100 mavi və göy rəngli şarın uçurulması ilə yekunlaşıb.

 

 

 

 

 

 

Bookmark and Share