ANA SƏHİFƏ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MAGİSTRATURA və DOKTORANTURA 1 MÜBADİLƏ PROQRAMMLARI 1 KONFRANSLAR 1 ƏLAQƏ 1

BDU-nun Tarix fakültəsinin tələbələri XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində

07/03/2022

Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin tələbələrinin “YARAT” Müasir İncəsənət Mərkəzinin XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyinə ekskursiyası təşkil olunub. Ekskursiya zamanı tələbələrə 2015-ci ilin mart ayından fəaliyyət göstərən Mərkəz haqında məlumatlar verilib. Mərkəzin yalnız Azərbaycanda deyil, regionda müasir incəsənətin inkişafına töhfələr verdiyi diqqətə çatdırılıb.
Tələbələr ziyarət çərçivəsində XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində Azərbaycanın aparıcı rəssamlarının əsərləri ilə tanış olublar. Qeyd edək ki, Dövlət Bayrağı Meydanının ərazisində yerləşən muzey Heydər Əliyev Fondu tərəfindən təsis edilib. Muzeyin təntənəli açılışı 2015-ci ilin iyun ayında baş tutub. Burada həm tanınmış, həm də nisbətən az tanınan rəssamların Milli Rəsm Qalereyası və Müasir İncəsənət Muzeyi kimi dövlət kolleksiyalarından götürülmüş əsərləri təqdim edilir.






Bookmark and Share