ANA SƏHİFƏ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MUZEY 1 MÜBADİLƏ PROQRAMMLARI 1 KONFRANSLAR 1 ƏLAQƏ 1

BDU-nun Tarix fakültəsinin əməkdaşları V. Uluslararası Tarih Eğitimi Sempoziumunda (ISHE-2018) iştirak ediblər.

17/05/2018

Türkiyə Cümhuriyyətinin İstanbul Universiteti, Türk Tarix Qurumu, Tarix Eğitimçileri Birliyi Derneyi tərəfindən təşkil edilən Simpozium 2018-ci il 10-12 may tarixlərində keçirilib. Mayın 10-da simpoziumun açılış mərasimi və müxtəlif ölkələrin tarix dərslikləri sərgisi keçirilib.

Simpoziumda Tarix fakültəsinin Tarixşünaslıq və metodika kafedrasının dosenti Sevinc Qasımova və müəllimi Gülnarə Abidi, Arxeologiya və etnoqrafiya kafedrasının dosenti Qanira Pirquliyeva, Dünya azərbaycanlıları: tarixi demoqrafiya ETL-nin böyük elmi işçisi dosent Səidə Quliyeva iştirak ediblər.

Mayın 10-da dos.Qanira Pirquliyeva “Kafkazda numizmatik gelişme tarihi”, müəllimə Gülnarə Abidi “Tarih Derslerinde Öğretmenin Yaratıcı Yaklaşımının Önemli Rolü”, mayın 11-də Dos. Sevinc Qasımova “Kafkas İslam Ordusu Probleminin Tedkiki: Türk ve Azerbaycan Tarihçiliğinde Farklı Yaklaşımlar” və “Azerbaycanda Sosyal Fikrin Yeni Forması Gibi Aydınlanma Harekatı, Onun Tekamülüne Farklı Yaklaşımlar (Tarihçilik Açısından)”, dos.Səidə Quliyeva “Azerbaycanda Tarih Eğitimi: Dün ve Bugün” mövzusunda məruzələrlə çıxış ediblər. Məruzələrdə, həmçinin Azərbaycan dövlətçiliyi və tarixin tədrisindəki son 100 illik naliyyətlər, BDU-nun və Tarix fakültəsinin yaranmasının 100 illik yubileyi də vurğulanıb.

Hər 4 məruzəçi öz çıxışlarını Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə idhaf ediblər.Mayın 12-də simpozium işini başa çatdırıb.

Bookmark and Share