ANA SƏHİFƏ 1 TARİXİMİZ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MUZEY 1 AMERİKAŞÜNASLIQ MƏRKƏZİ 1 FAYDALI LİNKLƏR 1 ƏLAQƏ 1 KONFRANSLAR 1

BDU-nun Tarix fakültəsinin əməkdaşları IV Türk dünyası araşdırmaları simpoziumunda iştirak ediblər.

02/05/2017

Türkiyə Cümhuriyyətinin Ömer Halisdəmir Universiteti, Azərbaycan Respublikasının Avrasiya Universiteti, Qazaxstan respublikasının Qazax Dövlət Qızlar Pedaqoji Universitetinin təşkilatçılığı ilə 2017-ci il aprelin 26-28-də IV Türk dünyası Araşdırmaları simpoziumu keçirilib. Aprelin 26-da simpoziumun açılış mərasimi, TÜRKSOY-un rəsm sərgisi və “Kökümüz bir türküz” festivalı keçirilib. Festivalda təşkilatçı universitetlərin yaradılıq kollektivləri türk dünyasına aid musiqi nömrələri ilə çıxış ediblər. Aprelin 27-28-də isə simpoziumun bölmə iclasları keçirilib. Simpoziuma Azərbaycandan 84 məqalə (ümumilikdə 480 məqalə) qəbul edilib. IV Türk dünyası Araşdırmaları simpoziumunda BDU-nun Tarix fakültəsinin Elmi işlər üzrə dekan müavini professor Sevda Süleymanova, Mənbəşünaslıq, Tarixşünaslıq və metodika kafedrasının dosentləri Sevinc Qasımova və Mətanət Məmmədova, Dünya azərbaycanlıları: tarixi demoqrafiya elmi tədqiqat laboratoriyasının böyük elmi işçisi t.f.d.Səidə Quliyeva iştirak ediblər. Simpoziumun 3 bölməsi Tarix fakültəsinin əməkdaşlarının rəhbərliyi ilə keçirilib. Professor Sevda Süleymanova Sultan Qaliyev bölməsinə, dosent Sevinc Qasımova Mustafa Çokay bölməsinə, dosent Mətanət Məmmədova isə İbray Altınsarın bölməsinə rəhbərlik ediblər. Aprelin 27-də dosent Sevinc Qasımova “Azerbaycan maarifçi kadınlarının aydınlanma harekatında yeri” mövzusunda, dosent Mətanət Məmmədova “Türk dünyasında türkdilli xalqları birləşdirən Birinci Türkoloji Qurultay və onun nəticələrı” mövzusunda, aprelin 28-də isə professor Sevda Süleymanova “Türkçülük ideologiyasının yaranması (XIX əsrin sonu-XX əsrin əvvəlləri)” mövzusunda, böyük elmi işçi Səidə Quliyeva “Azərbaycanın türk dövlətləri ilə İƏT çərçivəsində siyasi əlaqələri” mövzusunda məruzə ediblər. Aprelin 28-də simpozium işini başa çatdırıb.


Bookmark and Share