ANA SƏHİFƏ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MAGİSTRATURA və DOKTORANTURA 1 MÜBADİLƏ PROQRAMMLARI 1 KONFRANSLAR 1 ƏLAQƏ 1

BDU-nun Tarix fakültəsində Xocalı - XX əsrin faciəsi mövzusunda tədbir keçirilib

28/02/2022

25.02.2022-ci il tarixində Bakı Dövlət Universitetinin Tarix fakültəsində Xocalı Soyqırımının 30-cu ildönümünə həsr olunmuş "Xocalı - XX əsrin faciəsi" mövzusunda tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb. Daha sonra Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Tarix fakültəsinin tədris işləri üzrə dekan müavini Elşən Aslanov Xocalı Soyqırımının tarixindən, mənfur düşmənin xalqımıza qarşı törətdiyi amansız qətliamdan bəhs edib. Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Boran Əziz Xocalı Soyqırımının günahkarlarını faktlarla, sübutlarla göstərərək tələbələrin də bu istiqamətdə daha geniş araşdırmalar aparmalı olduqlarını qeyd edib.
Daha sonra çıxış edən Tarix fakültəsinin II kurs tələbəsi Səkinə Babayeva Xocalı faciəsinin şahidi olmuş Yaqub Zamanovun ailəsinin başına gələn hadisələri auditoriyanın diqqətinə çatdırıb.
Tarix fakültəsinin IV kurs tələbəsi Qara Kərimov 30 il ərzində Xocalı faciəsinin unutdurulmaması üçün Azərbaycan xalqının əlindən gələni etdiyini bildirərək, qeyd edib ki, bundan sonra da tarix boyu düşmənin çirkin niyyətlərini unutmamalı, gələcək nəsillərə də unutdurmamalıyıq. Daha sonra Xocalı faciəsinə həsr olunmuş videoçarx izlənilib.









Bookmark and Share