ANA SƏHİFƏ 1 TARİXİMİZ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MUZEY 1 AMERİKAŞÜNASLIQ MƏRKƏZİ 1 FAYDALI LİNKLƏR 1 ƏLAQƏ 1 KONFRANSLAR 1

BDU-nun Tarix fakültəsində “Web of science” məlumat bazasından istifadə qaydaları və xaricdə məqalə çapı barədə seminar-treninq keçirilib.

17/02/2017

2017-ci il fevralın 6-da BDU-nun Tarix fakültəsinin Azərbaycan tarixi (təbiət fakültələri üzrə) kafedrasının nəzdində fəaliyyət göstərən Dünya azərbaycanlıları: tarixi demoqrafiya elmi-tədqiqat laboratoriyasının təşkilatçılığı ilə Tarix fakültəsində “Web of science” məlumat bazasından istifadə qaydaları və xaricdə məqalə çapı barədə seminar- treninq keçirilib. Tarix fakültəsinin dekanı dos.Azad Rzayev Thomson Reuters agentliyinə daxil olan jurnallarda məqalə çapının üstünlükləri və BDU-nun tələbləri barədə məlumat verib. Daha sonra Tarix fakültəsinin Thomson Reuters agentliyi üzrə nümayəndəsi t.f.d.Səidə Quliyeva 2015-ci ilin dekabrında Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Thomson Reuters agentliyi arasında müqavilə imzalanması ilə 40-a yaxın ali təhsil və elmi müəssisənin bazadan istifadə imkanları yarandığını bildirdi, bu imkanların nədən ibarət olmasını izah etdi. T.f.d.S.Z.Quliyeva fakültə əməkdaşlarına, doktorantlara, elmi tədqiqatla məşğul olan gənclərə Thomson Reuters bazasında mövzu, müəllif, jurnal və digər xüsusiyyətlərə uyğun axtarış aparmaq, çap üçün jurnal seçmək, Hirşa indeksi və digər məlumatlar verib. Seminar-treninqdə Web of Science bazasının alətləri - Journal citation Reports, ResearcherİD, Endnote basic məlumat bazalarında işləmə vərdişləri izah edilib.

Bookmark and Share