ANA SƏHİFƏ 1 TARİXİMİZ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MUZEY 1 AMERİKAŞÜNASLIQ MƏRKƏZİ 1 FAYDALI LİNKLƏR 1 ƏLAQƏ 1 KONFRANSLAR 1

BDU-nun Tarix fakültəsində “Multikulturalizm ili” çərçivəsində tədbir

10/11/2016

Prezident İlham Əliyevin 2016-cı ilin “Multikulturalizm ili” elan edilməsi haqqında sərəncamına uyğun olaraq müxtəlif tədbirlər keçirilir. Növbəti tədbir Bakı Dövlət Universitetinin tarix fakültəsinin müəllim-tələbə heyətinin iştirakı ilə keçirilib. Alban-Udi Xristian dini icmasının sədri Robert Mobilinin iştirakı ilə keçirilən tədbiri Tarix fakültəsinin dekanı, dosent Azad Rzayev açıb. Tolerantlıq, dini dözümlülük, dinlərarası əlaqələr və digər məsələlər barədə fikir mübadiləsi aparılan görüşdə, eyni zamanda, Azərbaycanda dilindən, dinindən asılı olmayaraq bütün xalqların nümayəndələrinin dostluq şəraitində yaşadığı qeyd edilib. Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili bildirib ki, ölkəmizdə dini dözümlülük və tolerantlıq ulu öndər Heydər Əliyevin dövlət-din konsepsiyasına uyğun olaraq həyata keçirilir və hazırda Prezident İlham Əliyev bu kursu uğurla davam etdirir. Ölkədə müxtəlif dini konfessiyaların nümayəndələrinin dostluq, mehribançılıq şəraitində birgə yaşadıqlarını bildirən Robert Mobili, həmçinin alban udiləri, onların kilsələri haqqında danışıb, Azərbaycanda udilərin öz dili, dini və mədəniyyətinə malik olan etnik azlıq təşkil etsə də, geniş hüquqlara malik olduqlarını bildirib.


Bookmark and Share