ANA SƏHİFƏ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MAGİSTRATURA və DOKTORANTURA 1 MÜBADİLƏ PROQRAMMLARI 1 KONFRANSLAR 1 ƏLAQƏ 1

Bakı Dövlət Universitetində 2018/19-cu tədris ilinin buraxılış kurslarının bakalavr işlərinin müdafiəsi uğurla keçirilir.

24/06/2019

BDU-nun Tarix fakültəsində 2018/19-cu tədris ilinin buraxılış kurslarının Yekun Attestasiya komissiyasında bakalavr işlərinin müdafiəsi uğurla keçirilir. 2019-cu ildə Tarix fakültəsindən məzun olacaq _ tələbədən universiteti yüksək güstərici ilə bitirən nəfər tədqiqatçı bacarıqları yoxlamanılmaq üçün tədqiqatlarını komissiya qarşısında müdafiə edirlər.

Uzun illərdir ki, Universitetin bütün fakültələrində Yekun Attestasiya Komissiyasına sədrlik üçün müvafiq ixtisaslar üzrə təcrübəli mütəxəssislər və alimlər dəvət edilir. Mayın 18-də BDU-nun Tarix fakültəsində AMEA A.A.Bakıxanov adına Tarix institutunun şöbə müdiri Şahin Fərzəliyevin sədrliyi ilə Yekun Attestasiya Komissiyasının növbəti iclası keçirilib. İclasda Türk xalqları tarixi kafedrasında buraxılış işlərinin müdafiəsi olub. Tələbələr Azərbaycan, rus və ingilis dilində Atatürkün başçılığı ilə türk xalqının milli-azadlıq mübarizəsi, türk dövlətləri arasında əlaqələr, Mərkəzi Asiyada ABŞ-ın hərbi-siyasi iştirakı, Sibir xanlığı, etnogeniz məsələləri və türk dünyasına aid digər müxtəlif mövzularda tədqiqatlarını təqdim ediblər. Opponentlərin rəyləri və gənclərə tövsiyyələri buraxılış işlərinin bakalavr hazırlıq proqramına uyğunlunu əhatə edirdi və akademik tələblərə əsaslanaraq hazırlanmışdır. Təqdim edilən buraxılış işləri aktuallığı ilə seçilib. Bu səbəbdən də komissiya tərəfdən maraqla qarşılanıb və geniş müzakirə edilib.

Tarix fakültəsində bakalavr üzrə pilləsi 80 nəfər buraxlış işlərini uğurlu müdafiə ediblər.

Tələbələr diplom işləri ilə bağlı sualları cavablandırdıqdan sonra opponent rəyləri dinlənilib.

 

Bookmark and Share