ANA SƏHİFƏ 1 TARİXİMİZ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MUZEY 1 MÜBADİLƏ PROQRAMMLARI 1 KONFRANSLAR 1 ƏLAQƏ 1

BDU-nun rektoru “Azərbaycan Xalq Cümhuriyyəti - 100: Müsəlman Şərqində ilk parlamentli respublika” adlı Beynəlxalq elmi konfransın xarici iştirakçılarına sertifikatlar teqdim edib

23/05/2018

Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov ADR-in 100 illiyinə həsr olunmuş “Azərbaycan Xalq Cümhuriyyəti - 100: Müsəlman Şərqində ilk parlamentli respublika” adlı Beynəlxalq elmi konfransa müxtəlif ölkələrdən qatılmış nümayəndələrlə görüşüb. Rektor konfransın bölmə iclaslarının uğurla davam etdiyini, 300-dən artıq elmi məruzənin dinləniləcəyini söyləyib. Akademik A.Məhərrəmov konfransda iştiraklarına və maraqlı elmi məruzələrinə görə qonaqlara təşəkkür edərək hər birinə sertifikatlar təqdim edib.

Qeyd edək ki, Bakı Dövlət Universitetində Qafqaz Müsəlmanları İdarəsi ilə birgə təşkil olunan Beynəlxalq elmi konfransa ABŞ, Türkiyə, Rusiya, Gürcüstan, Moldova, Kuveyt, Polşa, Qazaxıstan, Özbəkistan və digər ölkələrdən 70-dək alim qatılıb. Üçgünlük konfrans Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinin tamam olması və “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” Prezident İlham Əliyevin sərəncamına uyğun olaraq keçirilir.

Bookmark and Share