ANA SƏHİFƏ 1 TARİXİMİZ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MUZEY 1 AMERİKAŞÜNASLIQ MƏRKƏZİ 1 FAYDALI LİNKLƏR 1 ƏLAQƏ 1 KONFRANSLAR 1

BDU-nun prorektoru İradə Əliyeva Dağıstan Dövlət Universitetinin 85 illik yubileyində iştirak edib

17/10/2016

Bakı Dövlət Universitetinin Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru, professor İradə Əliyeva Dağıstan Dövlət Universitetinin 85 illik yubileyi və Xəzəryanı Dövlətlərin Universitetlər Assosiasiyasının XIX Baş Assambleyasının iclasında iştirak edib. Xarici ölkələrdən rəsmi qonaqlar və rektorların iştirak etdiyi tədbirdə Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmovun Dağıstan Dövlət Universitetinin 85 illik yubileyi ilə əlaqədar video- təbriki təqdim edildikdən sonra prorektor İradə Əliyeva universitetin fəaliyyətini əks etdirən məruzə ilə çıxış edib. Prorektor BDU-nun regional inteqrasiya proseslərində aktiv iştirakından bəhs edib, perspektiv plan və əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində konkret təkliflər irəli sürüb. Məruzə ətrafında aparılan müzakirələr zamanı Bakı Dövlət Universitetində təhsil və elm sahəsində əldə edilən yeniliklər, müasir şəraitdə əməkdaşlıq istiqamətlərində perspektivlər barədə danışılıb. Qeyd edək ki, yubiley tədbirində BDU-nun Tarix fakültəsinin dekanı, dosent Azad Rzayev də iştirak edib.


Bookmark and Share