ANA SƏHİFƏ 1 TARİXİMİZ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MUZEY 1 AMERİKAŞÜNASLIQ MƏRKƏZİ 1 FAYDALI LİNKLƏR 1 ƏLAQƏ 1 KONFRANSLAR 1

BDU-nun professoru Nisbət Mehdiyeva “Mərkəzi Asiya və Qazaxıstan köçəriləri” mövzusunda məruzə edib

24/11/2015

Əl-Fərabi adına Qazaxıstan Milli Universitetində “Tarixin dönəmində xalq” adlı dövlət proqramı çərçivəsində “Nəzəri-metodoloji yanaşma və Mərkəzi Asiyanın ənənəvi sivilizasiyalarının öyrənilməsi problemi” mövzusunda beynəlxalq elmi-nəzəri konfrans keçirilib. Konfrans köçərilərin dövlətçilik problemləri, onların hüquqlarının öyrənilməsi, Qazax xanlığının yaranması və Mərkəzi Asiya xalqlarının ərazisinin formalaşmasına həsr edilib. Qazaxıstan, Rusiya, ABŞ, Türkiyə və Azərbaycandan olan alimlər Avrasiya və Mərkəzi Asiyanın siyasi, sosial-iqtisadi və etnik-mədəni inkişafı kontekstində ənənəvi sivilizasiyaların öyrənilməsi ilə bağlı fikirlərini bildiriblər. Konfransın işinin əsas istiqamətləri Mərkəzi Asiya tarixində köçəri və oturaq sivilizasiyalar arasında qarşılıqlı əlaqə və təsir problemlərinin müzakirəsi olub və BDU-nun tarix fakültəsinin professoru Nisbət Mehdiyeva “Mərkəzi Asiya və Qazaxıstan köçəriləri (XIX-XX əsrin əvvəlləri)” mövzusunda məruzə ilə çıxış edib.

Bookmark and Share