ANA SƏHİFƏ 1 TARİXİMİZ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MUZEY 1 AMERİKAŞÜNASLIQ MƏRKƏZİ 1 FAYDALI LİNKLƏR 1 ƏLAQƏ 1 KONFRANSLAR 1

Qafqaz Xalqları tarixi kafedrasının müdiri İradə Hüseynova Birinci Avrasiya Qadınlar Formunda iştirak edib

01/10/2015

Bakı Dövlət Universitetinin Qafqaz xalqları tarixi kafedrasının müdiri, tarix elmləri doktoru, professor, Əməkdar müəllim İradə Hüseynova Sankt-Peterburq şəhərində Parlamentlərarası Assambleyası Şurasının və MDB-yə üzv dövlətlərin qərarı ilə keçirilən Birinci Avrasiya Qadınlar Formunda iştirak edib. “Sülhə, harmoniya, sosial rifaha doğru” devizi altında keçirilən və dünyanın 80 ölkəsinin nüfuzlu, rəsmi dövlət nümayəndələrinin iştirak etdiyi forumun açılışında Rusiya Federasiyasının prezidenti Vladimir Putinin müraciəti oxunub. Forumda MDB-yə üzv dövlətlərin Parlamentlərarası Assambleyası Şurasının sədri, Rusiya Federasiyasının Federal Məclisinin federal şurasının sədri Matvienko Valentina İvanovna geniş məruzə ilə çıxış edib. Forum bir neçə bölmədə fəaliyyət göstərib. Professor İradə Hüseynova “Qadın və hakimiyyət” seksiyasında “Qadınların Azərbaycan Respublikasının ictimai-siyasi, sosial-iqtisadi həyatında rolu və yeri” adlı geniş məruzə ilə çıxış edib. Onun çıxışı auditoriya tərəfindən böyük maraqla qarşılanıb. Birinci Avrasiya Qadınlar Forumunun sonunda yekun sənəd qəbul edilib.


Bookmark and Share