ANA SƏHİFƏ 1 TARİXİMİZ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MUZEY 1 AMERİKAŞÜNASLIQ MƏRKƏZİ 1 FAYDALI LİNKLƏR 1 ƏLAQƏ 1 KONFRANSLAR 1

BDU-nun Azərbaycan tarixi (humanitar fakultələr uzrə ) kafedrasının əməkdaşları

16/04/2009

BDU-nun Azərbaycan tarixi (humanitar fakultələr uzrə ) kafedrasının əməkdaşları Respublikanın ictimai-siyasi həyatında yüksək fəallıqları ilə fərqlənirlər. Bir neşə ildir ki, kafedranın əməkdaşları Daxili Qoşunların şəxsi heyəti qarşısında mütamadi olaraq maraqlı mövzularla çıxış edirlər. Dosentlər Nuru Məmmədov, Boran Əziz, Ələmdar Şahverdiyev və başqaları bu vəzifəni layiqincə yerinə yetirirlər. Təsadüfi deyil ki, dosentlər N.Məmmədov və B.Əziz Daxilıli İşlər Nazirinin müavini, Daxili Qoşunlar komandanı, general-leytenant Zakir Həsənov tərəfindən fəxri fərmanla mükafatlandırılmışlar.

Fevral ayının 26-da kafedrada Yaponiyanın Ali məktəblərini təmsil edən tarixçi alimlərlə səmərəli görüş keçirildi. Bu görüşdə Azərbaycan tarixində mövcud olan hadisələrə diqqət yetirildi və ermənilərin Azərbaycan torpağında törətdikləri soyqırımdan ətraflı söhbət aparıldı

Kafedranın əməkdaşı, dosent Fəridə Məmmədova tərəfindən “Aazərbaycan” qəzetində (18 mart 2009-cu il) “İrevan xanlığı” mövzusunda məqalə Respublika ictimaiyyəti tərəfindən çox maraqla qarşılandı.

Bookmark and Share