ANA SƏHİFƏ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MAGİSTRATURA və DOKTORANTURA 1 MÜBADİLƏ PROQRAMMLARI 1 KONFRANSLAR 1 ƏLAQƏ 1

BDU-da Tariximiz və dəyərlərimiz mövzusunda tədbir keçirilib

11/01/2022

Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsində "Tariximiz və dəyərlərimiz" mövzusunda keçirilən tədbirin qonağı BDU-nun Mənbəşünaslıq və tarixşünaslıq kafedrasının müdiri, Milli Məclisin üzvü, tarix elmləri doktoru, professor Anar İsgəndərov olub. Görüşdə Anar İsgəndərov öz həyat yolundan bəhs edib, tələbələrə öz tövsiyələrini verib. Azərbaycan tarixşünaslığının ən aktual məsələlərindən biri olan 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında təcavüzkar Ermənistan ordusu üzərində möhtəşəm qələbə qazanan rəşadətli Azərbaycan ordusunun bütün şəhidlərin və günahsız qurbanların qisasını aldığını qeyd edən professor bu şanlı zəfərin Azərbaycan xalqının son iki yüz illik tarixində ən böyük qalibiyyət olduğunu və Qarabağın düşməndən azad edilməsi ilə Vətən tarixinin ən şanlı səhifəsinin yazıldığını diqqətə çatdırıb. Qədim və orta əsrlər tarixi kafedrasının müdiri, akademik Yaqub Mahmudov da Azərbaycan tarixinin ən qədim dövrlərindən başlayaraq bu günümüzə qədər olan tədqiqatların elmi nəticələrindən söz açıb, bütün bu araşdırmaların 44 günlük Vətən müharibəsində nə qədər mühüm rol oynadığını xüsusilə qeyd edib. Böyük maraqla qarşılanan məruzə ətrafında geniş fikir mübadiləsi aparılıb və tələbələrin çoxsaylı sualları cavablandırılıb. Fakültə tərəfindən hazırlanan videoçarx izlənərək, xatirə şəkilləri çəkilib, Anar İsgəndərovun doğum günü münasibətilə hədiyyə təqdim edilib.





Bookmark and Share