ANA SƏHİFƏ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MAGİSTRATURA və DOKTORANTURA 1 MÜBADİLƏ PROQRAMMLARI 1 KONFRANSLAR 1 ƏLAQƏ 1

BDU-da Tarix fakültəsinin tanınmış məzunları ilə görüş layihəsinə start verilib

26/01/2022

Bakı Dövlət Universitetinin Tarix fakültəsində "Tarix fakültəsinin tanınmış məzunları ilə görüş" mövzusunda silsilə tədbirlərin ilk qonağı Milli Məclisin üzvü Naqif Həmzəyev olub. Tədbirdə Tarix fakültəsinin dekan müavini Elnur Əbilov çıxış edərək layihənin əhəmiyyətindən danışıb. Milli Məclisin üzvü Naqif Həmzəyev tələbələrlə olan səmimi görüşündə gənclərə öz tövsiyələrini verərək, tələbəlik illərindən bəhs edib.
O, bildirib ki, Tarix fakültəsi hər zaman vətənə, millətə layiqli xidmət edən gənclər yetişdirib. Daha sonra Tarix fakültəsinin dekanı İbrahim Zeynalov da belə tədbirlərin fakültənin və tələbələrin təhsil həyatında xüsusi rol oynadığını qeyd edib.
Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov dövlətimizin həyata keçirdiyi gənclər siyasətindən danışıb, tələbələrlə görüşə görə millət vəkili Naqif Həmzəyevə təşəkkürünü bildirib. Sonda Naqif Həmzəyev tələbələrin suallarını cavablandırıb.



Bookmark and Share