ANA SƏHİFƏ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MAGİSTRATURA və DOKTORANTURA 1 MÜBADİLƏ PROQRAMMLARI 1 KONFRANSLAR 1 ƏLAQƏ 1

BDU-da Dövlət Müstəqilliyi Günü qeyd olunub

17/10/2019

Bakı Dövlət Universitetində (BDU) Dövlət Müstəqilliyi Gününə həsr olunmuş bayram tədbiri keçirilib. Universitetin professor-müəllim və tələbə heyətinin iştirak etdiyi tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Giriş sözü ilə çıxış edən BDU-nun rektoru Elçin Babayev bildirib ki, 1991-ci il oktyabrın 18-də XX əsr Azərbaycan tarixinin yeni mərhələsi başlayıb. Ölkəmiz müstəqilliyini xalqın təkidi ilə yenidən hakimiyyətə gələn Ümummilli Lider Heydər Əliyevin qayıdışından sonra qoruyub saxlaya bilib. Rektor Ulu Öndər tərəfindən həyata keçirilən uğurlu daxili və xarici siyasətin nəticəsi olaraq Azərbaycanın dünya birliyinə inteqrasiyası istiqamətində ciddi addımlar atılmasından, 1994-cü ilin sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanması və bunun nəticəsində xarici investorların ölkəmizə gəlişi ilə iqtisadiyyatının güclənməsindən bəhs edib. Bildirib ki, ölkəmizin müstəqilliyini əbədi və dönməz edən Ulu Öndərin tarixi xidmətləri onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son illər Azərbaycan dünyada qabaqcıl ölkələr sırasına çıxıb, regionda və dünyada baş verən strateji, siyasi və iqtisadi proseslərin gedişinə təsir göstərməyə qadir ölkəyə çevrilib.

Sonra BDU-nun Tarix fakültəsinin professoru Nuru Məmmədov, dosent Kərəm Məmmədov və Jurnalistika fakültəsinin ikinci kurs tələbəsi Rəşad İmanovun çıxışları dinlənilib. Çıxışlarda müstəqil Azərbaycan Respublikasının keçdiyi şərəfli yoldan, qazanılan uğurlardan, ölkəmizin inkişafı istiqamətində görülən işlərdən bəhs edilib.

Bookmark and Share