ANA SƏHİFƏ 1 TARİXİMİZ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MUZEY 1 AMERİKAŞÜNASLIQ MƏRKƏZİ 1 FAYDALI LİNKLƏR 1 ƏLAQƏ 1 KONFRANSLAR 1

BDU-da “Dünya azərbaycanlıları: tarix və müasirlik” mövzusunda II Respublika elmi konfransı öz işinə başlayıb

22/12/2017

Bakı Dövlət Universitetində Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr edilən “Dünya azərbaycanlıları: tarix və müasirlik” mövzusunda II Respublika elmi konfransı öz işinə başlayıb.

Tarix fakültəsinin dekanı, dosent Azad Rzayev müzakirə olunacaq mövzuların tarix elminin aktual problemlərinə həsr olunduğunu, gənclərin, xüsusilə tələbələrin elmi araşdırmalara cəlb edilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib və konfransın işinə uğurlar arzulayıb. Dekan konfransın gündəliyi barədə məlumat verib, respublikamizin 17 elm-təhsil müəssisəsindən bakalavr, magistrant, doktorant və elmi işçilərin iştirak etdiyini, iki gün ərzində 10 bölmədə 54 məruzənin dinlənilməsinin nəzərdə tutulduğunu bildirib.

Konfransda Azərbaycanın ərazisi və əhalisi: etno-demoqrafik proseslər, Azərbaycançılıq ideologiyasına elmi-nəzəri baxış, Azərbaycan Respublikası ərazilərinin Ermənistan tərəfindən işğalı kimi mövzularda məruzələr dinlənilib. Qeyd edək ki, konfrans Bakı Dövlət Universitetinin Tarix fakültəsi, Azərbaycan tarixi (təbiət fakültələri üzrə) kafedrası və Dünya azərbaycanlıları: tarixi demoqrafiya elmi tədqiqat laboratoriyasının təşkilatçılığı, Təhsil Nazirliyi və Diasporla iş üzrə Dövlət Komitəsinin dəstəyi ilə keçirilir.

Bookmark and Share