ANA SƏHİFƏ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MAGİSTRATURA və DOKTORANTURA 1 MÜBADİLƏ PROQRAMMLARI 1 KONFRANSLAR 1 ƏLAQƏ 1

BDU-da “Dünya azərbaycanlıları: tarix və müasirlik” mövzusunda Beynəlxalq konfrans keçirilib

05/01/2022

Bakı Dövlət Universitetidə (BDU) 29-30 dekabr tarixlərində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının və Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün təsis edilməsinin 30 illik yubileylərinə həsr edilmiş “Dünya azərbaycanlıları: tarix və müasirlik” mövzusunda IV Beynəlxalq elmi konfransı keçirilib. Konfransın plenar iclasında əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətən yolunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Odlar yurdu Azərbaycanın əsrarəngiz gözəllikllərinə əks etdirən video-təqdimat və BDU-ya infotur təqdim edilib.
İclasda konfransın təşkilat komitəsinin sədri, BDU-nun Tarix fakültəsinin professoru İbrahim Zeynalov qeyd edib ki, dünya azərbaycanlılarının birliyinin yaradılması prosesi Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və səyləri ilə reallaşıb. Xalqımızın milli birlik ideyası olan azərbaycançılıq ideologiyası və azərbaycanlıların 31 dekabrı bütün dünyada yüksək səviyyədə qeyd etməsi məhz Heydər Əliyevin adı ilə bağlıdır. Sonra konfransın təşkilat komitəsi sədrinin müavini Azərbaycan tarixi (təbiət fakültələri üzrə) kafedrasının müdiri Mehman Abdullayev çıxış edərək bu il dördüncüsü keçirilən konfransın tarixi, əhəmiyyəti və məqsədi, eləcə də təşkilati məsələlər barədə məlumat verib.
Plenar iclasda Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin aparat rəhbəri Daşqın Rəcəbli, Ukraynanın "Kyivо-Mohılyanska Akademiya" Milli Universitetinin Humanitar elmlər fakültəsinin professoru Fərhad Turanlı, AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun elmi işçisi Leyla Hüseynova çıxış edərək dünya azərbaycanlılarının həmrəyliyi, diaspor və lobbi fəaliyyəti, azərbaycanlı mühacirlərin yaşadıqları ölkələrdə təhsilin, elmi­n inkişafında fəaliyyətləri və s. haqqında söhbət açıblar. İki gün davam edən konfransın bölmə iclaslarında “Tarixi Azərbaycan torpaqları: etno-siyasi, demoqrafik proseslər, ərazi və əhali məsələləri”, “Dövlətçilik tarixinə baxışlar”, “Azərbaycanın istiqlalı uğrunda mübarizə”, “Azərbaycan Respublikası müstəqillik illərində: beynəlxalq əməkdaşlıq istiqamətləri”, “Qarabağın tarixi retrospektivdə, ermənilərin ərazi iddiaları və tarixi ədalətin bərpası” istiqamətlərində məruzələr dinlənilib. Azərbaycan, Türkiyə, Ukrayna, Cənubi Koreya, Polşa və Rusiyanın 13 elm və təhsil müəssisəsindən olan iştirakçılar 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərdən sonra beynəlxalq səviyyədə tarixi-demoqrafik və demoqrafik prosesləri elmi təhlil ediblər.



Bookmark and Share