ANA SƏHİFƏ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MAGİSTRATURA və DOKTORANTURA 1 MÜBADİLƏ PROQRAMMLARI 1 KONFRANSLAR 1 ƏLAQƏ 1

BDU-da Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Dünya azərbaycanlıları: tarix və müasirlik” mövzusunda III Beynəlxalq elmi konfrans keçirilib

24/12/2018

Bakı Dövlət Universitetinin Tarix fakültəsində “Dünya azərbaycanlıları: tarixi demoqrafiya” elmi tədqiqat laboratoriyasının təşkilatçılığı, Azərbaycan Tarix Qurumu, Diasporla iş üzrə Dövlət Komitəsi və Türk Dünyası Gəncləri Birliyinin dəstəyi ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş “Dünya azərbaycanlıları: tarix və müasirlik” mövzusunda III Beynəlxalq elmi konfransın plenar iclası keçirilib.

Tədbiri giriş sözü ilə Tarix fakültəsinin dekanı, dosent Azad Rzayev açaraq konfransın işinə uğurlar arzulayıb. Azərbaycan Respublikasının Diasporla iş üzrə Dövlət Komitəsinin nümayəndəsi Valeh Hacıyev və Azərbaycan Tarix Qurumunun sədri, professor Tofiq Mustafazadə konfransın təşkilinə görə universitet rəhbərliynə təşəkkürlərini bildirib, belə mühüm hadisənin qeyd edilməsini müsbət hal kimi qiymətləndiriblər.

Plenar iclas elmi məruzələrin dinlənilməsi ilə davam edib. Professor Anar İsgəndərov “Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tarixində yeri”, dosent Firdovsiyyə Əhmədova “ Sovet Rusiyasının Azərbaycana münasibətdə “müstəqillik” şüarından faydalanması” və dosent İlqar Niftəliyevin “1918-1919-cu illərdə Ermənistan-Azərbaycan münaqişəsində Böyük Britaniyanın siaysəti” adlı elmi məruzələri maraqla dinlənilib.

Konfrans işini 21-22 dekabr tarixlərində 19 bölmədə davam etdirəcək, 105 məruzə dinləniləcək. Konfransa Türkiyə, Ukrayna, Qazaxıstan və Rusiyadan, eləcə də Azərbaycanın digər bölgələrindən araşdırmaçılar məruzələri ilə qatılıblar.

 

Bookmark and Share