ANA SƏHİFƏ 1 TARİXİMİZ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MUZEY 1 AMERİKAŞÜNASLIQ MƏRKƏZİ 1 FAYDALI LİNKLƏR 1 ƏLAQƏ 1 KONFRANSLAR 1

BDU-da “Çanakkale: Barışa uzanan Yol” adlı konfrans keçirilib

22/05/2015

Türkiyə, Böyük Britaniya və Avstraliyanın Azərbaycandakı səfirliklərinin Bakı Dövlət Universiteti ilə birgə təşkil etdikləri “Çanakkale: Barışa uzanan Yol” adlı konfrans BDU-da öz işinə başlayıb. Konfransı giriş sözü ilə rektor, akademik Abel Məhərrəmov açaraq Çanaqqala qələbəsinin 100-cü ildönümü məqsədilə həyata keçirilən tədbirin Bakı Dövlət Universitetində keçirilməsinin əhəmiyyətini qeyd edib. Rektor, Mustafa Kamal Atatürkün və silahdaşlarının apardıqları mübarizədən bəhs edərək Osmanlı imperatorluğunun dağıntılarının yerində çağdaş bir dövlət yaradılmasının önəmini xüsusi vurğulayıb. Sonra Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun çıxış edərək Çanaqqalada Avropa dövlətlərinə qarşı aparılan qəhrəmanlıq mübarizəsindən, bu qələbənin əhəmiyyətindən danışıb. Daha sonra Böyük Britaniyanın və Avstraliyanın ölkəmizdəki səfirləri İrfan Siddiq və Ceyms Martin Larsenin çıxışları dinlənilib. Türkiyənin Çanaqqala 18 mart Universitetinin təsisçi-rektoru, professor Ahmet Mete Tuncoku Çanaqqala zəfərinin tarixi haqqında məruzə nitqi ilə çıxış edib.


Bookmark and Share