ANA SƏHİFƏ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MAGİSTRATURA və DOKTORANTURA 1 MÜBADİLƏ PROQRAMMLARI 1 KONFRANSLAR 1 ƏLAQƏ 1

BDU-DA AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN 100 İLLİYİNƏ HƏSR EDİLMİŞ DÜNYA AZƏRBAYCANLILARI: TARIX VƏ MÜASIRLIK MÖVZUSUNDA KONFRANS KEÇİRİLMİŞDİR

26/12/2018

21-22 dekabr 2018-ci il tarixində Bakı Dövlət Universitetinin Tarix fakültəsində “Dünya azərbaycanlıları: tarixi demoqrafiya” elmi tədqiqat laboratoriyasının təşkilatçılığı, Azərbaycan Tarix Qurumu, Diasporla iş üzrə Dövlət Komitəsi və Türk Dünyası Gəncləri Birliyinin dəstəyi ilə “Dünya azərbaycanlıları: tarix və müasirlik” mövzusunda III Beynəlxalq elmi konfrans keçirilmişdir.

Ənənəvi keçirilən konfransı giriş sözü ilə Tarix fakültəsinin dekanı dosent Azad Rzayev açaraq konfrans iştirakçılarını salamlamış, Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətilə hər kəsi təbrik etmiş və konfransın işinə uğurlar arzulamışdır. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədr muavini Valeh Hacıyev Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan BDU-da belə mühüm hadisəyə həsr edilmiş konfransın təşkilinin gəncliyimiz üçün əhəmiyyətindən bəhs etmiş, əməkdaşlığın əhəmiyyətini xüsusi vurğulamış, gənclərin Azərbaycanın haqq səsinin dünyanın hər yerinə çatdırılmasında yardımçı olacaqlarına inandığını bildirmişdir. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin “Təbliğat, informasiya və analitik təhlil” şöbəsinin müdiri, dosent Aqil Əsədov konfrans iştirakçılarını salamladıqdan sonra Dövlət Komitəsinin fəaliyyətinin əsas istiqamətlərini, qarşıda dayanan ümdə məsələləri konfrans iştirakçılarının diqqətinə çatdırmışdır. Növbəti təbrik nitqi ilə konfransın işinə uğurlar arzulayan Azərbaycan Tarix Qurumunun sədri, professor Tofiq Mustafazadə Müsəlman Şərqinin ilk dünyəvi dövləti olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının əhəmiyyətindən və onun dövlətçilik tariximzdə rolundan bəhs etmişdir.

Plenar iclas elmi məruzələrin dinlənilməsi ilə davam edib. Professor Anar İsgəndərovun “Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tarixində yeri”, dosent Firdovsiyyə Əhmədovanın “Sovet Rusiyasının Azərbaycana münasibətdə “müstəqillik” şüarından faydalanması” və dosent İlqar Niftəliyevin “1918-1919-cu illərdə Ermənistan-Azərbaycan münaqişəsində Böyük Britaniyanın siyasəti” adlı elmi məruzələri maraqla dinlənilib.

Konfrans işini 21-22 dekabr tarixlərində 19 bölmədə davam etdirmiş, 105 məruzə dinlənilmiş, elmi müzakirələr təşkil edilmişdir. Tələbələrin də yaxından iştirak etdikləri müzakirələrdə Azərbaycan tarixi məsələlərinə yeni yanaşmalar edilmişdir.

22 dekabr tarixində konfransın bağlanış iclası keçirilmişdir. Bağlanış iclasında Rusiyadan konfransa qatılmış tarixçi Oleq Kuznetsov “Dünya azərbaycanlıları: tarixi-demoqrafiya” elmi tədqiqat laboratoriyasının tədqiqat istiqamətində mövzu ilə çıxış etmişdir. O, “Kəngərlilər Rusiya imperiyasının tarixində” adlı məruzəsində tarixçi həmkarlarını mövzuya dair yeni arxiv sənədlərinin əsasında əldə etdiyi mühüm faktlarla tanış etmişdir.

Panel sədrlərinin hesabatları dinlənildikdən sonra konfrans işini başa çatdırmışdır.

 

Bookmark and Share