Yunanıstanın Kapadastrian Universitetinin Mədəni Antropologiya üzrə professoru Pavlos Kavouras Bakı Dövlət Universitetinin qonağı olub. Qonağı Xarici tələbələrlə iş üzrə dekan Gülheyran Rəhimova salamlayıb, universitetin tarixi, beynəlxalq əlaqələri haqqında məlumat verib. Görüşdə universitetlərarası əlaqələr müzakirə edilib, əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə yaxın gələcəkdə memorandum imzalanması qərara alınıb.