ANA SƏHİFƏ 1 TARİXİMİZ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MUZEY 1 AMERİKAŞÜNASLIQ MƏRKƏZİ 1 FAYDALI LİNKLƏR 1 ƏLAQƏ 1 KONFRANSLAR 1

BDU Tarix TEC-in üzvləri DİA-da Respublika konfransında

11/05/2017

10.04.2017 tarixində BDU Tarix Tələbə Elmi Cəmiyyətinin üzvləri Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Tələbə Gənclər Təşkilatı və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik fondunun təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 94-cü ildönümünə həsr olunmuş "Heydər Əliyev və Azərbaycanda gənclər siyasəti" Respublika konfransında iştirak ediblər. Ayan Kərimova "Heydər Əliyevin Azərbaycançılıq məfkurəsində gənclərin yeri", Günəş Şirvanzadə "Heydər Əliyev və Azərbaycanın xarici siyasəti", Lalə İbadullayeva "Heydər Əliyevin diaspora quruculuğu", Lamiyə Mustafayeva "Heydər Əliyevin Dağlıq Qarabağ münaqişəsinin həllində rolu", Fəridə Novruzova "Heydər Əliyevin Sovet dövrü fəaliyyəti" mövzuları ilə çıxış etmişlər. Sonda Tarix fakültəsinin tələbələrinə Bilik fondu tərəfindən hədiyyələr təqdim olunmuşdur.

 

Bookmark and Share