ELMİ ŞURA
LABORATORİYALAR
MAGİSTRATURA və DOKTORANTURA
MÜBADİLƏ PROQRAMMLARI
KONFRANSLAR
ƏLAQƏ
16-18 oktyabr 2019-cu il tarixində Türkiyə Cümhuriyyətinin Samsun şəhərində Türk Dil Qurumunun, Yunus Əmrə İnstitutunun, Samsun Valiliyinin və Samsun 19 Mayıs Universitetinin dəstəyilə sayca XI Dünya Dili Türkcə Simpoziumu təşkil olunmuşdur.
İlki 2008-ci ildə Ankara şəhərində təşkil olunmuş və hər il ənənəvi keçirilən Dünya Dili Türkcə Simpoziumu Türkiyənin və ümumiyyətlə Türk dünyasının ən nüfuzlu elmi konfranslarından biridir. Dünyanın müxtəlif ölkələrindən 300 elm adamının məruzə ilə qatıldığı simpoziumda Bakı Dövlət Universitetinin Tarix fakültəsini Qədim dünya və orta əsrlər tarixi kafedrasının dosenti, t.f.d. Elvira Lətifova təmsil etmişdir. Bunu da qeyd edək ki, Elvira Lətifova ildə bir dəfə keçirilən bu nüfuzlu beynəlxalq simpoziumun 11-dən 7-sində məruzə ilə çıxış etmiş, bir neçəsində isə Simpozium Elmi komitəsinin üzvü olmuşdur.
Sözügedən simpoziumda dosent Elvira Lətifova “XVIII-XIX əsrlərdə Rusiya imperiyasının Qafqaz siyasətində diplomatiya dili olaraq türk dilindən istifadə edilməsi tarixindən” adlı məruzə ilə çıxış etmişdir. Məruzə dinləyicilər tərəfindən böyük maraqla qarşılanmışdır.
Elvira Lətifova həmçinin simpoziumun bir çox seksiya iclaslarındakı dinləmələrdə fəal iştirak etmiş, elmi müzakirələrə qatılmışdır.
Simpoziumun sonucu günü Təşkilat komitəsi qonaqların Samsun şəhərinin tarixi yerlərinə gəzinti təşkil edib.