ANA SƏHİFƏ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MAGİSTRATURA və DOKTORANTURA 1 MÜBADİLƏ PROQRAMMLARI 1 KONFRANSLAR 1 ƏLAQƏ 1

BDU məzunları üçün müsabiqə elan etdi

14/02/2019

Bakı Dövlət Universiteti 100 illik yubileyi münasibətilə öz məzunları arasında “BDU xatirələrdə” adlı müsabiqə elan edir.

Universiteti müxtəlif illərdə bitirmiş məzunlar təhsil müddətində baş vermiş ən maraqlı məqamları, universitetlə bağlı unudulmaz hadisələri, fakültələri, müəllimləri, tələbə yoldaşları ilə bağlı oxunaqlı xatirələri qələmə ala bilərlər.

Məzunlar “BDU xatirələrdə” mövzusunda hazırladıqları yazıları özləri haqqında məlumatla birlikdə (ad, soyadı, ata adı, təhsil aldığı fakültə və təhsil aldığı illər, ixtisası, əlaqə telefonu qeyd olunmalı) mövzu yerinə “BDU xatirələrdə” yazmaqla 30 iyun 2019-cu ilə qədər press-service@bsu.edu.az ünvanına göndərməlidirlər. Xatirələrin müxtəlif mətbu orqanlarında çap olunması və yayımı nəzərdə tutulub.

Müsabiqə qalibləri Bakı Dövlət Universitetinin 100 illiyinə həsr olunmuş universitet məzunlarının Forumuna, eyni zamanda, yubiley tədbirinə dəvət ediləcək, Təşkilat Komitəsi tərəfindən diplom və hədiyyələrlə mükafatdırılacaqlar.


Bookmark and Share