ANA SƏHİFƏ 1 TARİXİMİZ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MUZEY 1 AMERİKAŞÜNASLIQ MƏRKƏZİ 1 FAYDALI LİNKLƏR 1 ƏLAQƏ 1 KONFRANSLAR 1

BDU Berlin Humboldt Universiteti ilə ERASMUS+KAO1 tələbə-müəllim mübadiləsi proqramı çərçivəsində müqavilə imzalayıb

10/10/2017

Bakı Dövlət Universitetində Almaniyanın Berlin Humboldt Universitetinin Azərbaycan tarixi kafedrasının müdiri, professor Yeva-Mariya Auxun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub. Qonaqları qəbul edən rektor, akademik Abel Məhərrəmov BDU-nun tarixi və bu günü, beynəlxalq əlaqələri, o cümlədən Almaniyanın bir sıra universitetləri ilə elm-təhsil müstəvisində həyata keçirilən uğurlu əməkdaşlıqdan bəhs edib. Berlin Humboldt Universitetinin nümayəndələri ilə bir neçə görüşün reallaşdığını xatırladan rektor, ilkin olaraq doktorant mübadiləsi istiqamətində yeni proyektə start verilməsindən məmnunluğunu ifadə edib.

Professor Yeva-Mariya Aux təmsil etdiyi universitetin uğurlarından, o cümlədən kafedranın profilindən danışıb. Əmək fəaliyyəti barədə məlumat verən qonaq Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində ərəb dili, Leyptsiq Universitetində isə rus dili tərcüməçiliyi üzrə təhsil aldığını, 1985-ci ildə Qrayfsvalt Universitetində Müasir tarix üzrə doktorantura dərəcəsinə yiyələndiyini qeyd edib. Bakı Dövlət Universitetinin Beynəlxalq Əlaqələr Departamenti və Tarix fakültəsinin professor-müəllim heyəti ilə səmərəli görüşlər keçirdiklərini söyləyən professor əlaqələrin bundan sonrakı inkişafında da maraqlı olduğunu nəzərə çatdırıb.

Görüşün sonunda Bakı Dövlət Universiteti və Berlin Humboldt Universiteti arasında ERASMUS+KAO1 tələbə-müəllim mübadiləsi proqramı çərçivəsində müqavilə imzalanıb. Qeyd edək ki, görüşdə Berlin Humboldt Universitetinin professoru Rasim Mirzəyev, BDU-nun xarici tələbələrlə iş üzrə dekanı Gülheyran Rəhimova, Tarix fakültəsinin dekanı, dosent Azad Rzayev və Slavyan ölkələri tarixi kafedrasının müdiri, professor Abutalıb Cəlilov iştirak ediblər.

 

Bookmark and Share