ANA SƏHİFƏ 1 TARİXİMİZ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MUZEY 1 AMERİKAŞÜNASLIQ MƏRKƏZİ 1 FAYDALI LİNKLƏR 1 ƏLAQƏ 1 KONFRANSLAR 1

BDU alimləri Əskişəhərə simpoziuma qatılıblar

03/06/2014

Əskişəhərdə Türk dünyası Müdriklər zirvəsi adı altında beynəlxalq simpozium keçerilib. Tədbirdə Türkiyə Cümhuriyyətinin Təhsil naziri, professoru Nabi Avcı, Kənd Təsərrüfatı naziri Mehdi Eker, Əskişəhər valisi Güngör Azim Tuna, Dini işlər başçısı, professor Mehmet Görəməz, İslam Nirliyi Təşkilatına üzv olan ölkələrin Parlament Birliyin Baş katibi professor Mahmut Erol Kılıç, Əskişəhər Osman Qazi Universitetinin rektoru, professor Hasan Gönen, Harakani başçısı Yavuz Uzgu, Türkiyədən və Türk dünyasından gələn elm adamları, qonaqlar iştirak edib.

Simpoziumun hədəfi mənəviyyat nüdriklərimizi anlamaq və gələcəyimizi birlikdə inşa etmək olduğu bildirilib və zirvənin dövrümüzün ruhuna uyğun milli və mədəni dəyərlər baxımdan vacibliyi qeyd olunub. Zirvənin məqsədi təkcə müdrikləri xatırlatmaq deyil, həmçinin yeni bir mədəniyyət həmləsinin əsasını təşkil edəcək dəyərləri ortaya çıxarmaq olub.

Əskişəhəri Osman Qazi Universitetində keçirilən tədbirdə çərçivəsində reallaşdırılan iclaslarda təxminən 200 şifahi, 23 yazılı məruzə təqdim edilib. Bakı Dövlət Universitetinin əməkdaşları da simpoziumda iştirak edib. Tarix fakültəsinin professoru Anar İgəndərov, dosenti Sevinc Qasımova, pedaqoqika kafedrasının dosent əvəzi Kəmalə Qəhrəmanova məruzə ilə çıxış ediblər

Bookmark and Share