ANA SƏHİFƏ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MAGİSTRATURA və DOKTORANTURA 1 MÜBADİLƏ PROQRAMMLARI 1 KONFRANSLAR 1 ƏLAQƏ 1

BAKI DÖVLƏT UNİVERSİTETİNİN TARİX FAKÜLTƏSINDƏ “AZƏRBAYCANDA ƏRAZİ VƏ ƏHALİ MƏSƏLƏLƏRİ” MÖVZUSUNDA ELMİ SEMİNAR KEÇİRİLİB

24/12/2019

2019-cu il dekabrın 20-də Bakı Dövlət Universitetinin Tarix fakültəsində Bakı Dövlət Universiteti və Tarix fakültəsinin 100 illik, Dünya azərbaycanlıları: tarixi-demoqrafiya və Azərbaycanın maddi mədəniyyət tarixi ETL-nin 30 illik yubileylərinə həsr olunmuş “Azərbaycanda ərazi və əhali məsələləri” mövzusunda elmi seminar keçirilib. Elmi seminarda BDU-nun Qədim dünya və orta əsrlər tarixi kafedrasının müdiri, AMEA A.A.Bakıxanov adına Tarix İnstitunun direktoru akademik Yaqub Mahmudov, Tarix fakültəsinin Elmi işlər üzrə dekan müavini dosent Kəmalə Nəcəfova, Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasının müdiri professor Məmməd Fətəliyev, Azərbaycan tarixi (təbiət fakültələri üzrə) kafedrasının müdiri dosent Mehman Abdullayev, Arxeologiya və Etnoqrafiya kafedrasının professoru Qüdrət İsmayılzadə, Asiya və Afrika ölkələri tarixi kafedrasının müdiri dosent İqbal Ağayev, Türk xalqları tarixi kafedrasının dosenti Sevinc Ruintən, Mənbəşünaslıq,tarixşünaslıq və metodika kafedrasının dosenti Səidə Əli qızı, elmi tədqiqat laboratoriyalarının əməkdaşları, fakültənin əməkdaşları və magistrantları iştirak ediblər.

Seminarı giriş sözü ilə açan Dünya azərbaycanlıları: tarixi-demoqrafiya ETL-nin böyük elmi işçisi Ulduz Paşayeva ETL-lərin 30 illik tarixi, elmi tədqiqatların istiqamətləri, əldə edilən elmi nəticələr, nəşr edilən monoqrafiyalar, elmi toplu və elmi konfranslar barədə ətraflı məlumat verib, burada çalışan və dünyasını dəyişən alimlər yad edilib. Çıxış üçün ilk söz akademik Yaqub Mahmudova verilib. O, Tarix fakültəsinin dekanı olduğu illərdə (1986-1990; 1994-2005) fakültədə aparılan islahatlar, yeni ixtisasların, xarici dil qruplarının, elmi tədqiqat laboratoriyalarının yaradılmasının əhəmiyyəti barədə ətraflı məlumat verib. ETL-lərdə Azərbaycanın tarixi demoqrafiyasının və maddi mədəniyyət tarixinin araşdırılmasının, arxeoloji və etnoqrafik təcrübələrin aparılmasının, tədqiqatların tədrisə tətbiqinın yeni imkanları yaradılıb.

Fəaliyyət göstərdikləri 30 ildə bu elmi tədqiqat laboratoriyalarında itirilmiş torpaqlar problemi araşdırılıb, ETL-lərin elmi işçiləri, aspirant və dissertantları tərəfindən mövzular müdafiə edilmiş və nəticələr monoqrafiyalar şəklində ictimaiyyətə təqdim edilib. Tarix fakültəsində başlayan bu elmi fəaliyyətin hazırda Azərbaycan Milli Elmlər Akademiyasında dövlət səviyyəsində davam etdirildiyini vurğulayan akademik Yaqub Mahmudov Tarix fakültəsində Elmi Tədqiqat İnstitutunun yaradılmasının zəruri olduğunu da qeyd edib. Elm və tədrisin əlaqələsinin yaradılımasında belə institutun mühüm əhəmiyyəti olacaqdır, çünki elmi tədqiqatla məşğul olan alimlər nəticələri tədrisə tətbiq edə biləcəklər. Kənardan alimlərin cəlb edilməsi ilə yaranan problemlər də beləliklə aradan qalxacaq.

Sonra dosent Mehman Abdullayev, dosent Kəmalə Nəcəfova, tarix elmləri doktoru Tarix Dostiyev, t.f.d. Hicran Mahmudova, dosent Səidə Əliqızı, dosent Aydın Məmmədov, dosent Sitarə Mustafayeva, böyük elmi işçi dosent Səidə Quliyeva, aparıcı elmi işçi t.f.d. Şəfayət Fərəcov, bərpaçı Arzu Abbasova və digər məruzəçilər Azərbaycanın ərazi və əhali məsələlərinə dair mövzularla çıxış ediblər. Məruzələrdə elmi tədqiqat laboratoriyalarının 30 illik elmi nailiyyətləri, ETL-in yaradılmasının elmi tədqiqatlar üçün yeni mərhələ olduğu elmi əsaslarla təhlil edilib. Çıxışlardan sonra məruzələr geniş müzakirə edilib. Elmi seminarda ETL-lərin elmi nəşrlərinin sərgisi keçirilib. Məruzələrin “Dünya azərbaycanlıları: tarix və müasirlik” toplusunun VII buraxılışında nəşr edilməsi nəzərdə tutulub.

 

Bookmark and Share